Ukrayna səfiri: "Ərdoğan Putinə təsir edir, onun etdiyini heç bir dövlət lideri edə bilməyib"

Ukrayna səfiri: Ukrayna səfiri Türkiyə və Rusiya münasibətlərini şərh edib.
KONKRET.azxəbər verir ki, bu barədə RBK-Ukraynaya müsahibəsində Ukraynanın Türkiyə Respublikasındakı səfiri Vasili Bodnar danışıb.
Səfir bildirib ki, Türkiyə ilə Rusiya Federasiyası arasında dialoq müəyyən məsələlərin həllinə töhfə verir, məsələn, taxıl məsələsi, vasitəçilik  xidmətləri və s.
"Demək olar ki, Ərdoğan müəyyən mənada Putinə təsir edir və məcbur etmək yox, onu müəyyən razılaşmaları yerinə yetirməyə stimullaşdırmaq üçün təsir rıçaqlarına malikdir. Əgər bütün bu vasitəçilik xidmətlərinə nəzər salsanız, deməli, Avropa liderlərindən heç biri buna nail olmayıb, Ərdoğanın etdiyini edə bilməyib", – deyə səfir vurğulayıb.
O, qeyd edib ki, Türkiyənin öz maraqları var və Rusiyanın Ukraynaya hücumu ilə bağlı bu maraqlar aradan qalxmayıb.
"Təbii ki, vasitəçilik xidmətləri, Rusiya döyüş gəmiləri üçün Bosfor və Çanaqqala boğazlarının bağlanması, humanitar yardımlar, siyasi dəstək müsbət hallardır. Amma bəyənmədiyimiz məqamlar da var. Bu haqda müharibədən əvvəl daha açıq formatda danışmışıq. İndi bu paralel Rusiya-Türkiyə kursu daha həssaslaşıb. Biz buna daha sərt reaksiya veririk, lakin bu o demək deyil ki, onlarla olan münasibətlərimizi sadəcə incidiyimizə görə bu dərəcədə korlamalıyıq", – deyə səfir əlavə edib.
Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri avqustun 5-də Soçidə görüşüblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya qazının pulunu qismən rublla ödəyəcəyini təsdiqləyib.
Daha sonra Ərdoğan deyib ki, o, yenidən Putini Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə dəvət edib. Onun sözlərinə görə, hazırda vacib olan planın effektiv şəkildə həyata keçirilməsi və müsbət ab-havanın İstanbulda danışıqlara qayıtmaq istiqamətində konkret addımlara çevrilməsidir.
Xuraman Etibarlı,
KONKRET.az

Siyasi       Tarix: 09 avqust 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər azərbaycanda sonxabar az en sonxeber cəbhədən son məlumatlar