Ukraynada "Bayraktar" zavodu TİKİLİR
Hökumət bu yaxınlarda Ukraynada "Bayraktar" zavodunun tikintisinə dair ikitərəfli sazişi təsdiqləyib və ratifikasiya üçün parlamentə göndərib. Şirkətin sahibi artıq Ukraynada torpaq sahəsi alıb, zavodun layihəsini özü hazırlayıb və onu sona qədər həyata keçirməyə hazırdır.
KONKRET.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna"ya müsahibəsində Ukraynanın Türkiyə Respublikasındakı səfiri Vasili Bodnar bildirib.
Səfirin sözlərinə görə, Ukraynada zavodun tikintisinə başlamaq öhdəliyi təkcə siyasi deyil, həm də praktikdir, çünki bu zavodda istehsal olunacaq modellərin əhəmiyyətli hissəsində Ukrayna istehsallı komponentlər tətbiq ediləcək.
Vasili Bodnar bildirib ki, təyyarələrin inşası zamanı mühərriklər, təkərlər və ya Ukrayna istehsalı olan digər ehtiyat hissələri istifadə edilə bilər.
"Müharibəyə baxmayaraq, şirkətlərimiz öz öhdəliklərini yerinə yetirməkdə davam edirlər", – deyə Bodnar əlavə edib. (Azərtac)

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?