Ukraynadan İstanbula gətirilən azərbaycanlılar Bakıya təxliyə edilir - VİDEO
Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən Ukraynadan gələn vətəndaşlarımızın təxliyyəsi davam edir.
azxeber.com xəbər verir ki, hazırda, quru və hava yolu ilə Ukraynanın müxtəlif bölgələrindən İstanbul şəhərinə gələn Azərbaycan vətəndaşlarının İstanbul şəhərindən Azərbaycan Respublikasına təxliyyəsi üçün Baş Konsulluq tərəfindən bütün lazımi tədbirlər görülməkdədir.
Bu məqsədlə Azərbaycanın Türkiyədəki Səfirliyi ilə birgə müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilir. Sənədləri olmayan vətəndaşların müvafiq yol sənədi ilə təmin olunması, COVİD-19 testi olmadan quru və hava yolu ilə dərhal vətənə yola salınması və digər məsələlərin həlli üçün bütün imkanlar səfərbər olunub. Baş Konsulluq tərəfindən bundan sonra da təxliyyə tədbirləri davam etdiriləcəkdir.
Hazırda Baş Konsulluğun 2 qaynar xətti daimi əsasda 24/7 fəaliyyət göstərməkdədir. Ukraynadan gələn Azərbaycan vətəndaşlarının vəya onlar haqqında məlumatı olan şəxslərin aşağıdakı nömrələr vasitəsilə əlaqə saxlamaları xahiş edilir:
+90 544 104 0111
+90 536 613 8648

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var