Ukraynalı deputat Azərbaycanın humanitar yardımından danışdı: "Bu, çox nəcib bir hərəkətdir" - MÜSAHİBƏ

Ukraynalı deputat Azərbaycanın humanitar yardımından danışdı: "Bu, çox nəcib bir hərəkətdir" - MÜSAHİBƏ Ukraynalı deputat Azərbaycanın humanitar yardımından danışdı: "Bu, çox nəcib bir hərəkətdir" - MÜSAHİBƏ
Mayın 27-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi GUAM-a (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) "yeni həyat verməyə" dəvət etdi. Bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, Vladimir Zelenski mayın 21-də Ukraynaya göndərilən humanitar yardıma görə, Azərbaycana təşəkkürünü bildirib: "Azərbaycan xalqının bu cür dostluq jesti, COVID-19 pandemiyasına qarşı mübarizənin çətin dövründə xüsusilə dəyərlidir".
GUAM-a gəldikdə, Ukrayna dövlətinin başçısı hesab edir ki, bu təşkilat mühüm ticarət və iqtisadi məsələlərin müzakirəsi üçün ciddi bir ittifaq və birlik ola bilər: "Bu təşkilata yeni həyat verməliyik".
Ukrayna Prezidentinin bu açıqlaması ilə əlaqədar olaraq Media.Az Ukrayna Ali Radasının deputatı, Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvü Boqdan Yaremenko ilə söhbət edib.
- Mayın 27-də Azərbaycan və Ukrayna prezidentləri arasında müzakirələr baş tutdu. Söhbət əsnasında Vladimir Zelenski İlham Əliyevə humanitar yardıma görə təşəkkür edib. Bundan əlavə, GUAM və bu strukturun aktivləşdirilməsi imkanları barədə də danışılıb.
- Regional təşkilatların mövcudluğu normal bir təcrübədir. GUAM da istisna deyil. Ölkələr birləşir, ümumi problemləri təhlil edirlər. Hər iki ölkənin işğal olunmuş əraziləri var. Bizlərin - GUAM-a üzv dövlətlərin bir çox ortaq nöqtələri var və bu yalnız SSRİ-nin tərkibində olmağın tarixi ilə bağlı deyil. Təşkilatın inkişafı zamanı kimsə bu strukturda iştirakdan imtina etmək üçün səbəb tapdı (Özbəkistan GUUAM-ı 2005-ci ildə tərk etdi, bundan sonra abreviatura dörd hərfə endirildi - red.). Buna baxmayaraq, dörd ölkənin birliyi qarşılıqlı əlaqə baxımından sabit oldu.
Beynəlxalq vəziyyət, daxili inkişafla bağlı suallar var. Ancaq GUAM işləyir, təşkilat inkişaf edir. Hansısa mərhələ keçildi, buna görə də davam etməliyik. Bir vaxtlar GUAM-ı mütəşəkkil cinayətkarlıqla mübarizəyə, sonra nəqliyyat infrastrukturunun inkişafına yönəltmək cəhdləri olmuşdu. Ancaq strukturun potensialını göstərəcək başqa sahələr, layihələr də var.
Düşünürəm ki, prezidentlərimiz məhz bu barədə danışıblar və söhbət davam edəcək. Hesab edirəm ki, ölkə parlamentləri səviyyəsində də bu mövzunu qaldıracağıq.
- Koronavirus pandemiyası zamanı Azərbaycan Moldova, Ukrayna və digər ölkələrə humanitar yardım göstərdi...
- ...Belə bir məsəl var: "Dost dar gündə tanınar". Bununla da hər şey deyilir. Azərbaycanın Ukrayna üçün gördüyü işlər ukraynalıların qəlbində rəğbət doğurur. Bu, Azərbaycan tərəfindən edilən çox nəcib bir hərəkətdir.
Ancaq onu da demək istəyirəm ki, prezidentlər müzakirələri ancaq komplementar məsələlər üzərində qura bilməzlər, bu vacib olsa belə. Buna görə, əsas məsələnin GUAM-ın inkişafı ilə bağlı müzakirələrin olduğunu düşünürəm. Potensialımızı reallaşdırmaq üçün maraq və resurslar tapmalıyıq.
Yeri gəlmişkən, çoxtərəfli əməkdaşlıq formaları haqqında danışsaq, səhiyyə sektorunu qeyd edərdim. Bu, mövcud dünya reallığında yeni mövzulardan biri ola bilər. /oxu.az

Siyasi       Tarix: 28 may 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler bu gunun xeberleri haqqinda melumat zelzele kriminal xeberler