Ukraynalı jurnalistdən Consona SƏRT SÖZLƏR: "Kiyevə gəlmirsiniz, çünki qorxursunuz!" - VİDEO
Polşada səfərdə olan Boris Consonun keçirdiyi mətbuat konfransında dünyada gündəmə çevrilən hadisə yaşanıb.
KONKRET.az thedailybeast.com-a istinadən xəbər verir ki, ukraynalı jurnalist Darya Kalenyuk Baş nazir Boris Consona sərt müraciət ünvanlayıb.
O, britaniyalı naziri Rusiyanı dayandırmaq üçün daha çox şey etməməkdə ittiham edib.
D.Kalenyuk bildirib ki, Ukrayna səmaları uçuş üçün qapalı zona elan edilməlidir.
Bundan sonra jurnalist əlavə edib ki, Ukraynada uşaqlar, qadınlar səmadan üzərilərinə düşən raketlərə, bombalara görə qorxu içindədir.
"Siz Polşaya gəlirsiniz, ancaq Kiyevə getmirsiniz, çünki qorxursunuz! Çünki NATO müdafiə olunmaq istəmir, çünki NATO üçüncü dünya müharibəsindən qorxur, o isə artıq başlayıb", – deyə o, göz yaşları içində söyləyib.
B.Conson isə Ukrayna səmasının uçuşlar üçün qapalı zona elan edilməsinin NATO qüvvələrini Rusiya təyyarələrini vurmağa məcbur edəcəyini bildirib.
"Bunun fəsadlarını idarə etmək olduqca çətin olardı", – deyə B.Conson vurğulayıb.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR