Ukraynanın Baş naziri Azərbaycana təşəkkür edib
Yaxın günlərdə Ukrayna tərəfdaşlarından yeni enerji yardımı alacaq.
azxeber.com xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko özünün teleqram kanalında bildirib. O, qeyd edib ki, yaxın günlərdə ölkəyə Azərbaycan, Slovakiya və Çexiyadan növbəti yardımlar daxil olacaq.
"Azərbaycanın təqdim etdiyi yardıma generatorlar, transformatorlar, kabellər, tibbi avadanlıqlar və digər humanitar dəstək daxildir. Bu yardım dağıdıcı atəşlərdən sonra Ukraynanın enerji infrastrukturunun bərpasında əsas rol oynayır" , - Baş nazir qeyd edib.
Sviridenko vurğulayıb ki, Azərbaycan da daxil olmaqla beynəlxalq tərəfdaşların dəstəyi sayəsində ukraynalıların evlərində istilik və elektrik enerjisini operativ şəkildə bərpa etmək mümkün olur.
"İrlandiya gələn həftə Ukraynanın Enerji Dəstəyi Fonduna 25 milyon avro göndərəcək" , - o əlavə edib.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX