Ulu Öndər Heydər Əliyev və Azərbaycan dilinin inkişafı

Ulu Öndər Heydər Əliyev və Azərbaycan dilinin inkişafıHər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
Bu bir faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə siyasi fəaliyyətinin təməlini milli-mənəvi dəyərlərimiz təşkil edirdi. Sovet hakimiyyəti illərində bu nə qədər çətin və böyük hünər tələb etsə də, Ulu Öndərimiz bütün bu işlərin öhdəsindən ləyaqətlə gəlirdi. Azərbaycan dili məsələsi də daim onun diqqət mərkəzində olub. Ana dilinin qorunması, inkişaf etdirilməsi, mütəmadi olaraq zənginləşdirilməsi, bu sahə üzrə mütəxəssislərin hazırlanmasına xüsusi qayğı ilə yanaşırdı. Bu istiqamətdə vacib və cəsarətli qərarlar qəbul edirdi. 1970-ci illərin ortalarından SSRİ respublikalarının ictimai-siyasi həyatında dil məsələsi geniş müzakirələrə səbəb olmuşdu. Belə ki, ittifaqda milli dillərin sıxışdırılması prosesi getdikcə güclənirdi, hətta respublika rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdən ehtiyat edirdilər. Həmin vaxt Heydər Əliyev heç nədən çəkinməyərək dil məsələsində öz mövqeyini qətiyyətlə ortaya qoydu. Məhz onun bilavasitə təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bunu mən şəxsən Ulu Öndərin xalqımız, Vətənimiz, dövlətimiz qarşısında ən böyük tarixi xidmətlərindən biri hesab edirəm. O, bu addımı ilə milli varlığımızın təminatçısı olan dilimizi məharətlə qorumuş oldu.
Heydər Əliyevin bir dövlət rəhbəri kimi Azərbaycanda aparmış olduğu dil siyasəti elmi-nəzəri baxımdan yalnız Azərbaycan miqyasında əhəmiyyətli olması ilə məhdudlaşmır, eyni zamanda, dünya miqyasına çıxmaqla  ümumiyyətlə dil quruculuğunun həmişə aktual olan problemlərinin həlli üçün əsaslı prinsiplər təqdim edir. Bu prinsiplər həm də ona görə əhəmiyyətlidir ki, Azərbaycanın, yəni müstəqillik uğrunda yüz illər boyu mübarizə aparan və qalib gələn bir xalqın nümunəsində və ya təcrübəsində uğurla həyata keçirilib.
Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ulu öndər sovetlər hakimiyyəti dövründə də Azərbaycan dilinin inkişafı üçün əvəzolunmaz xidmətlər göstərib. Ali məktəblər üçün yazılmış "Müasir Azərbaycan dili" dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi.
O zaman sovetlərin tərkibində olan türk dövlətlərinin mərkəzi şəhərlərində demək olar ki, ana dilində məktəb yox idi. Amma Azərbaycanda rus dilinin təzyiqi ana dilimizi sıxışdırıb çıxardacaq səviyyədə deyildi. Biz Heydər Əliyevə həm də ona görə Ümummilli lider deyirik ki, O, yalnız dövləti yox, milləti birləşdirəcək bütün dəyərləri qoruyub mühafizə edirdi və onların inkişafı üçün proqramlar müəyyənləşdirirdi. Bunların ən mühümlərindən biri də dil məsələsi idi.
Hələ 1990-cı illərin ortalarında ilk milli Konstitusiya hazırlanarkən dil məsələsi xüsusi olaraq müzakirə olundu. Bu müzakirələr şəraitində müxtəlif mülahizələr ortaya çıxırdı. Fikrimcə, bu Ümummilli liderimiz Heydər Əliyev bununla dünyaya göstərdi ki, müstəqil, demokratik milli dövlət dil məsələsinə nə qədər ciddi yanaşır və onun milli mövcudluğunun böyük göstərici hesab edilir. Həmin müzakirələrdə böyük mütəxəssislər iştirak edirdi. Və sonra da dil məsələsi həmişə diqqət mərkəzində oldu. Həmin illərdə çox ciddi proseslər baş verirdi.
Bildiyiniz kimi müstəqilliyin ilk illərində çox sürətlə, referendum keçirilmədən dövlət dilimiz türk dili adlandırıldı. Amma Ulu öndər Heydər Əliyev ilk milli Konstitusiya layihəsi hazırlanarkən bu məsələyə xüsusi diqqət yetirdi və geniş müzakirlər aparıldı. O, vurğulayırdı ki, belə bir mühüm məsələ bir neçə nəfərin qərarı ilə ola bilməz, burada xalqın mövqeyi öyrənilməlidir. 1995-ci ildə konstitusiya layihəsi geniş müzakirə olundu. Mürəkkəblik odur ki, Azərbaycan yer adıdır. Amma türk dili deyəndə də türk dilləri çoxdur və Azərbaycan dili onların içərisində fərqlənmir. Elmi baxımdan daha doğrusu yerin və dilin adı ola bilərdi, yəni Azərbaycan türkcəsi. Amma bu da ifadəni mürəkkəbləşdirirdi. Ümumiyyətlə, Azərbaycan dili ənənəsi var. Bu, respublikamızda  işlənirdi və ictimai təfəkkür bunu qəbul etmişdi. Başqa etnosların narahatlığı da nəzərə alınmalı idi və alındı da. Beləliklə, Azərbaycan dili Konstitusiyamızda dövlət dili kimi təsbit olundu.
Konstitusiyada dövlət dili kimi Azərbaycan dili yazılanda,  bəzi dairələr bundan sui-istifadə etməyə çalışdılar. Yəni bununla da ictimai rəyə belə fikir yeritməyə çalışırdılar ki, guya biz türk deyilik. Amma Ümummilli lider Heydər Əliyev onlara açıq şəkildə cavab verdi ki, Azərbaycan xalqı türk xalqlarından biridir, dilimiz türk dillərindən biridir, biz hər mənada türk mənşəliyik. Ümumiyyətlə, Heydər Əliyev dil məsələsinə böyük həssaslıq göstərirdi. O, həmişə vətəndaşlara, xüsusilə gənclərə müxtəlif dilləri öyrənməyi tövsiyə edirdi. Amma onu da vurğulayırdı ki, ilk növbədə dövlət dili öyrənilməlidir.
Naftalan şəhər sakini: Aynurə Novruzova / azxeber.com

Siyasi       Tarix: 31 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar

Rusiya avropalıların Ukraynada dərhal atəşkəs elan edilməsi ilə bağlı tələbləri ilə razılaşmayacaq, çünki Brüssel sadəcə vaxt qazanmağa çalışır. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavro

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal bugun siyaseti xeberler bugun cəbhədən son durum cəbhədən xəbərlər