Ülvi Quliyev: "Qobu Park-3"ün açılışı məcburi köçkünlərə olan dövlət qayğısının göstəricisidir

Ülvi Quliyev: "Qobu Park-3"ün açılışı məcburi köçkünlərə olan dövlət qayğısının göstəricisidirÜlvi Quliyev: "Qobu Park-3"ün açılışı məcburi köçkünlərə olan dövlət qayğısının göstəricisidir"
"Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən proqram çərçivəsində Bakının Qaradağ rayonunda salınan "Qobu Park-3" yaşayış kompleksinin istifadəyə verilməsi minlərlə məcburi köçkünün sevincinə səbəb olub. Çünki işğal nəticəsində doğma evlərindən didərgin düşən həmin insanların xeyli hissəsi çox ağır şəraitdə yaşayırlar".
Millət vəkili Ülvi Quliyev Unikal.org-a bildirib ki, məcburi köçkünlər dövlət qayğısı ilə əhatə olunublar.
Deputat xatırladıb ki, vaxtilə mövcud olan çadır şəhərcikləri tamamilə ləğv olunub, orada yaşayanlar müasir tələblərə cavab verən qəsəbə və şəhərciklərə köçürülüblər:
"Vaqonlarda yaşayan məcburi köçkünlər də evlə təmin olunublar. Ümumilikdə, əhalinin bu kateqoriyasından olan hissəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial-iqtisadi problemlərinin həlli, məşğulluğunun təmin edilməsi daimi dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən məcburi köçkünlər üçün onlarla şəhərcik, qəsəbə salınıb. Ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də bu qəbildən olan soydaşlarımızın sosial problemlərinin həllidir.
Bununla bağlı cənab Prezident tərəfindən ümumilikdə 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb, Dövlət Proqramı təsdiqlənib. Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb".
Ü.Quliyev vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva da qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə olduqca həssaslıqla yanaşır, bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, sosial rifahının daha da yüksəldilməsi məsələsinə xüsusi qayğı göstərir:
"Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin olunandan sonra keçirdiyi ilk müşavirəni məhz məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, xüsusən də ən ağır vəziyyətdə, qəzalı binalarda, hər an uçmaq təhlükəsi olan yarımçıq tikililərdə məskunlaşmış məcburi köçkünlərin evlə təmin olunması məsələsinə həsr etdi. 2017-ci il martın 9-da keçirilən müşavirədə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi müzakirə olundu. Bundan sonra ilk növbədə ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinə başlandı".
Deputat qeyd edib ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin olunandan sonra məcburi köçkünlərin problemlərinin həllinə özəl sektor da cəlb olunub:
"Mehriban xanımın müraciətindən sonra özəl sektor bu sahəyə böyük maraq göstərməyə başladı. Bunun nəticəsində Qobuda 3 müasir yaşayış kompleksi tikilərək məcburi köçkünlərin istifadəsinə verilib".
Ü.Quliyev deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mütəmadi qaydada məcburi köçkünlərlə görüşürlər:
"Həmin görüşlər, orada verilən mesajlar məcburi köçkünlərdə ruh yüksəkliyi yaradır və onların öz doğma yerlərinə qayıtmağa olan ümidlərini artırır". /oxu.az

Siyasi       Tarix: 30 may 2020
f Paylaş

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler bu gunun xeberleri haqqinda melumat zelzele kriminal xeberler