Umayra Tağıyeva: '16 gündür havanın maksimal temperaturu 35 dərəcədən yüksəkdir
"Azərbaycanda baş verən müasir iqlim dəyişmələri fonunda iqlimin istiləşməsi ilə bağlı yay aylarında güclü isti günlərin və isti hava dalğalarının sayı və davamiyyətinin xeyli artması müşahidə edilir".
Bu barədə "Report"un sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, 1991-2020-ci illərdə iyun-avqust aylarında havanın maksimal temperaturu 1960-1990-cı illərlə müqayisədə havanın maksimal temperaturu 35 dərəcə və daha çox olan günlərin ümumi sayı Bakıda 4,3 dəfə, Şəkidə isə 3,1 dəfə artıb:
"İsti günlərin sayında artım daha çox iyun və avqust aylarında müşahidə edilib. Bu ilin iyul ayında havanın orta aylıq temperaturu normadan 2,5 dərəcəyədək yüksək olsa da, rekord istilər deyil".
U.Tağıyevanın sözlərinə görə, avqust ayında isə isti hava dalğasının davamiyyəti ötən illərlə müqaisədə daha çoxdur:
"Havanın orta aylıq temperaturu normadan 5 dərəcə yüksəkdir. Artıq 16 gündür ki, havanın maksimal temperaturu 35 dərəcədən yüksəkdir. Qeyd etmək lazımdır ki, bütün çoxillik müşahidələrə görə ən davamlı 24 günlük isti hava dalğası 2010-cü ildə qeydə alınıb. Yeri gəlmişkən, bu həftənin sonunadək hava şəraitində mühüm dəyişiklik gözlənilmir".
Qeyd edək ki, ABŞ-ın Okean və Atmosfer Arasdırmaları Milli İdarəsinin (NOAA) məlumatına görə, 2021-ci ilin iyul ayı hava ilə bağlı müşahidələr aparılandan bəri ən isti ay olub. Məlumata görə, iyul ayında qeydə alınan yer səthinin və okeanın ümumi temperaturu 20 -ci əsrin orta temperaturundan 1,67 dərəcə yüksək olub. İdarə 1880-ci ildən bəri meteomüşahidələr aparır.
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR