"Ümid" yatağında yeni quyunun qazılmasına start verildi - FOTO
Mayın 5-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Ümid" yatağındakı "Ümid-1" platformasında olub, burada həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinə baxış keçirib və yeni quyunun qazılmasına start verib.
Milli.Az-ın SOCAR-a istinadən vediyi məlumata görə, şirkət rəhbərinə istehsalat ərazisində həyata keçirilən təmir işləri barədə məlumat verilib.
Qeyd edilib ki, "Ümid yatağından hasilatın tezləşdirilməsi üçün "Ümid-1" platformasından əlavə 2 quyu qazılacaq. Yeni quyuların qazılması ilə əlaqədar platformada yenidənqurma işləri aparılıb, istehsal gücü artırılıb, qaz hasilatının gündəlik 2,4 milyon kubmetrdən 6,6 milyon kubmetrə qədər çatdırılması planlaşdırılıb. Platformada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə avtomatlaşdırılmış yanğınsöndürmə, rəqəmsal nəzarət-idarəetmə, video müşahidə sistemləri quraşdırılaraq istifadəyə verilib.
SOCAR prezidentinin iştirakı ilə "Ümid-1" platformasında yeni hasilat quyusunun qazılmasına start verilib. Quyunun layihə dərinliyi 6 270 metr, hasilatı isə gündəlik 1,5-2 milyon kubmetr qaz həcmində planlaşdırılır. Quyu istismara verildikdən sonra "Ümid" yatağından qaz hasilatının gündəlik 3-3.5 milyon kubmetrdən 4,5-5 milyon kubmetrə qədər artırılması gözlənilir. Yeni quyunın layihələndirilmə işləri SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən aparılıb, Böyük Britaniyanın məşhur "Norwell" mühəndislik şirkəti ilə razılaşdırılıb.
Quyunun qazmasına hazırlıq işləri 2019-cu ilin may ayında başlanılıb. İlk dəfə olaraq burada bütün qazma prosesi "Umid Babek Operation Company" (UBOC) Əməliyyat Şirkəti tərəfindən idarə ediləcək.
2010-cu ildə Azərbaycanın müstəqilliyi dövründə daxili resurslar hesabına kəşf edilmiş ilk yataq olan "Ümid" Xəzər dənizində, Bakıdan cənub istiqamətində 40 kilometr məsafədə yerləşir. İstismarına 2012-ci ildə başlanılmış qaz-kondensat yatağından indiyədək ümumilikdə 3,4 milyard kubmetr qaz və 540 min ton kondensat çıxarılıb. Hazırda yataqda bir platformadan 3 quyu istismar edilir.
Qarşıdakı dövrdə "Ümid" yatağında daha bir platformanın (Ümid-2) tikilib quraşdırılması, yaxınlıqdakı "Babək" strukturunda kəşfiyyat-qazma işlərinin aparılması planlaşdırılıb. "Ümid-Babək" blokundan hasil olunacaq qaz və kondensatın ilkin emalı üçün gündəlik 24 milyon kubmetr ötürücü gücündə Daşgil-2 terminalı tikilir. Çıxarılan məhsul terminala sualtı boru xətti vasitəsilə çatdırılacaq. Terminalın 2019-cu ilin sentyabrında başlanılmış tikinti işləri hazırda davam etdirilir. Gələcəkdə "Babək" strukturunda qazılacaq kəşfiyyat quyusundan hasil olunacaq məhsulun boru xətti vasitəsilə "Ümid-1" platformasına, oradan isə sualtı xətt ilə Daşgil-2 terminalına nəql edilməsi nəzərdə tutulub.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar