UNEC-də "Azərbaycanın iqtisadi inkişaf strategiyası" mövzusunda konfrans keçirilib - FOTO

UNEC-də "Azərbaycanın iqtisadi inkişaf strategiyası" mövzusunda konfrans keçirilib - FOTOUNEC-də "Azərbaycanın iqtisadi inkişaf strategiyası" mövzusunda respublika elmi konfransı keçirilib.
Universitetdən Milli.Az-a verilən məlumata görə, konfransda İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri, ölkənin tanınmış elm xadimləri və iqtisadçıları iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı imzaladığı strateji yol xəritələrinə diqqət çəkib. Həmçinin bildirib ki, konfransın əsas məqsədi iqtisadi artımı təhlil edə biləcək yeni "drayver"lərin tapılmasına, eyni zamanda akademik dairələrlə real iqtisadiyyat nümayəndələrinin müzakirələr aparmasına nail olmaqdır.
Azərbaycanın gələcək iqtisadi inkişafının iqtisadiyyatın rəqəmsallaşmasından keçdiyini deyən rektor, bu sahədə əsas məsələnin rəqəmsal iqtisadiyyatın tələblərinə cavab verən, müvafiq kompetensiyalara malik insan kapitalının formalaşdırılması olduğunu vurğulayıb. Rəqəmsal iqtisadiyyatın istehsal amillərinə olan tələbi dəyişdiyi, bu amillərin məhsuldarlığı əhəmiyyətli dərəcədə artırdığı, dəyişikliyin isə daha çox elmtutumlu sahələrdə özünü göstərdiyi qeyd olunub. Ədalət Muradov rəqəmsal iqtisadiyyatın zəruri etdiyi distant, adaptiv, "online", "ofline" təhsil və mentorluq fəaliyyətinin əhəmiyyətindən də söz açıb. UNEC-də distant təhsillə bağlı uğurlu sertifikat proqramlarının reallaşdırıldığına diqqət çəkən rektor, növbəti tədris ilindən UNEC-də bakalavr pilləsi üzrə distant təhsilin həyata keçiriləcəyini bildirib. Həmçinin adaptiv təhsilin regiona gətirilməsi istiqamətində Sankt-Peterburq Dövlət Universiteti ilə əməkdaşlığa başlanıldığını, UNEC-də qeyri-ixtisas fənlərinin "online", ixtisas fənlərinin isə "ofline" keçiriləcəyini, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində pilot layihə kimi mentorluqla bağlı Türkiyə təcrübəsinin tətbiq olunduğunu deyib.
Konfransda təhsilin iqtisadi artıma daha çox təsir edən keyfiyyət parametrlərinə də toxunulub. UNEC-də bu istiqamətdə tədqiqatların aparıldığına diqqət çəkən Ə.Muradov, əldə olunan nəticələrə görə, hələ də real iqtisadiyyatın tələb etdiyi kompetensiyaların formalaşdırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilmədiyini qeyd edib. O, təhsil proqramlarının köklü surətdə dəyişdirilməsinə ehtiyac duyulduğunu, UNEC-də II ixtisas qrupu üzrə artıq dəyişikliklərə başlanıldığını və növbəti tədris ilindən universitetdə yeni tədris standartlarının tətbiq olunacağını bildirib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yeni siyasi və iqtisadi tarixin yazıldığını deyib. Ölkənin sosial və iqtisadi inkişafı üçün vacib olan məsələlərdən birinin xarici siyasət olduğunu deyən nazir müavini, son 15 ildə ölkə iqtisadiyyatının 3 dəfə artdığını, sosial siyasət məsələlərinin önə çəkildiyini, ölkənin gəlirlərinin daha çox bu sahələrin inkişafına yönəldiyini qeyd edib. N.Səfərov Azərbaycanın iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən danışıb. O, ölkənin iqtisadi inkişaf modelində yeni yanaşmaların ortaya qoyulduğunu, islahatların əsasən innovasiya, texnologiya və qeyri-neft sektorunun inkişafı ilə bağlı olduğunu vurğulayıb.
Sonra 5 çağırış Milli Məclisin deputatı Tahir Mirkişili "Dövlət idarəetməsi və iqtisadi inkişaf: müasir texnoloji meyllər" mövzusunda çıxış edib. XXI əsri texnologiyalar əsri adlandıran T.Mirkişili online təhsilin əhəmiyyətindən danışıb. O, UNEC-də bu istiqamətdə ciddi addımların atıldığını, uğurlu layihələrin və tədqiqatların həyata keçirildiyini deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli isə 2019-cu ilin sosial islahatlarından söz açıb. Ölkədə genişmiqyaslı sosial siyasətin aparıldığını deyən nazirlik rəsmisi, bu sahədə büdcə vəsaitlərinin ildən-ilə artırıldığını, əhalinin rifah halının yüksəldildiyini, işsizliyin, yoxsulluğun aradan qaldırıldığını deyib.
Sonra Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev "Azərbaycanda qeyri-neft sənayesinin diversifikasiyalaşdırılması və ixrac potensialının artırılmasına strateji yanaşmalar", UNEC-in Elmi Fəaliyyətin Təşkili və İdarə olunması Departamentinin direktoru, professor Zahid Məmmədov isə "Biliklərə əsaslanan innovasiya yönümlü universitetlər: yeni çağırışlar və perspektivlər" mövzularında çıxış ediblər.
Konfrans işini 4 bölmə iclasında davam etdirib.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 24 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xeber son.xeberler ən son xəbərlər en son xeberler bu gun