Unibank birinci yarımili mənfəətlə başa vurub

Unibank birinci yarımili mənfəətlə başa vurub"Unibank" KB ASC 2021-ci ilin 1-ci yarımilinin maliyyə nəticələrini açıqlayıb.
Bank hesabat dövrünü əksər sahələrdə müsbət göstəricilərlə başa vurub. Bu ilin 1-ci yarısında "Unibank"ın əldə etdiyi əməliyyat mənfəəti 2020-ci ilin ilk yarısı ilə müqayisədə 78 % artaraq 9 milyon manat olub. 30 iyun 2021-ci il tarixinə Bankın əldə etdiyi xalis mənfəət isə (prudensial hesabat üzrə) 4 milyon manatdır.
Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib.Maliyyə nəticələrinə əsasən, 1-ci yarımil ərzində "Unibank"ın aktivlərinın həcmində 77 milyon manat artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 893 milyon manat təşkil edib.
Bu ilin əvvəlindən etibarən, Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Birinci yarımildə "Unibank"ın ümumi kredit portfelinin həcmi 94 milyon manata yaxın- 17% artıb. Kredit portfelinin təhlili göstərir ki, hesabat dövründə biznesin kreditləşməsi kəskin artıb. Unibank üçün hər zaman prioritetlər sırasında olan biznes sektoruna verilmiş kreditlərin məbləği ilin əvvəlindən 30 iyunadək 92 milyon manat təşkil edib. Bu müddətdə təkcə mikro, kiçik, orta sahibkarlığa ayrılan kreditlərin həcmi ötən ilin birinci yarısı ilə müqayisədə 68% artıb. Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində bank bu ilin birinci yarısında da pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını davam etdirib. Unibank Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlıq nəticəsində 6 ay ərzində kənd təsərrüfatı təyinatlı güzəştli mikrokreditlər ayrılıb. Hər iki Fondla əməkdaşlıq çərçivəsində Bank tərəfindən sahibkarlara 4 milyon manatdan çox kredit verilib.
"Unibank"ın depozit portfeli də ilin ilk yarısı xeyli böyüyüb. Müddətli depozitlər ilin əvvəlindən 29% artaraq 30 iyun 2021-ci il tarixinə 439 milyon manat təşkil edib. Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu ilin ilk yarısında da bu sahəyə öz töhfəsini verib. Yarım il ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. Ötən ilin sonu ilə müqayisədə təkcə debet kartlar 18% artaraq 449 minə çatıb.
Ölkə əhalisinə məsafədən bank xidmətinin göstərilməsini daha da zəruri edən son ildə "Unibank"ın UBank tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır. Bu ilin əvvəlindən UBank-da qeydiyyatdan keçənlərin sayı 26% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk yarısında mobil tətbiq vasitəsilə aparılan kartla əməliyyat dövriyyəsi 42%, say olaraq isə 46% artıb.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 29 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial
layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank- Sənin Bankın!

İqtisadiyyat       Tarix: 27 iyul 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta xeber.az hava krimnal bugun