Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR

Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLARUnibank 22 iyul — Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün tədbir təşkil edib.
azxeber.com xəbər verir ki, tədbirin əsas məqsədi jurnalistləri peşə bayramı münasibətilə təbrik etmək, media ilə əməkdaşlığı daha da gücləndirmək və peşəkar inkişaflarına dəstək olmaq olub.
Tədbirdə Unibank KB Müşahidə Şurasının üzvü, Müşahidə Şurası sədrinin müavini Faiq Hüseynov çıxış edərək jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, jurnalistikanın cəmiyyət üçün çox vacib sahə olduğunu, ictimai fikrin formalaşmasında, insanların məlumatlandırılmasında və maarifləndirilməsində medianın mühüm rol oynadığını vurğulayıb.
Tədbirin əsas hissəsində jurnalistlər üçün "İnsanları Anlamağın Gücü – Insights Discovery" mövzusunda 2 saatlıq interaktiv təlim keçirilib. Təlim insan davranışlarını və ünsiyyət tərzlərini daha yaxşı anlamağa kömək edən beynəlxalq inkişaf aləti olan Insights Discovery modeli əsasında təşkil olunub.
Təlim zamanı iştirakçılar Karl Yunqun psixologiyasına əsaslanan dörd rəng enerjisi ilə tanış olub, insanların fərqli davranış və qərarvermə tərzləri barədə məlumat əldə ediblər. Sessiya çərçivəsində jurnalistlər qısa özünüqiymətləndirmə vasitəsilə öz dominant ünsiyyət tərzlərini müəyyən edib, fərqli xarakterli insanlarla daha effektiv kommunikasiya qurmaq üçün praktik yanaşmalarla tanış olublar.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Unibank media ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlığı yüksək qiymətləndirir və jurnalistlərin peşəkar inkişafına dəstək göstərən bu kimi təşəbbüsləri davam etdirməyi planlaşdırır.
Unibank — Sənin Bankın!
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLARUnibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLARUnibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR

İqtisadiyyat       Tarix: 29 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Yelo Bank-ın "Summer Challenge 2026" proqramı uğurla yekunlaşdı - FOTOLAR

Yelo Bank-ın gənc istedadları dəstəkləyən və bankçılıq sahəsində yeni nəsil mütəxəssislər yetişdirən layihəsi "Summer Challenge 2026" yay təcrübə proqramı başa çatdı. Bu il proqram çərçivəsində seçilmiş 36 dinami

"Azercell" və ADA süni intellekt üzrə praktiki təlim keçirdi

"Azercell"in təşəbbüsü və dəstəyi ilə ADA Universitetinin təşkil etdiyi "AI4Real Bootcamp" intensiv təlim proqramı başa çatıb. Proqram Azərbaycanın, eləcə də xarici ölkələrin universitetlərində STEAM istiqamətlər

Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus

Birbank Taksit kartı istifadəçiləri Sentyabr ayında etdikləri alış-verişlərə görə əlavə 3% bonus qazanırlar. xəbər verir ki, belə ki, 2–30 sentyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kart

Neftimizin qiyməti 120 dollara çatır

Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, "Azeri Light" (CIF) markalı neftin 1 barelə olan qiyməti 6,22 dollar və ya 5,5% artaraq 119,54 ABŞ dolları olub. Qeyd edək ki, ötən gün neftimiz 113,3

Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

Bakcell abunəçilərinə səyahətdə, işdə, evdə və müxtəlif məkanlarda internetdən rahat istifadə etməyə imkan verən portativ Mi-Fi modemini təqdim edir. Kompakt ölçüləri sayəsində rahat daşına bilən modem mobil şəbəkənin əhat

Göygöldə "III Moruq Fest" keçirildi - FOTOLAR

Göygöl rayonunun Keşkü kəndində II Moruq Festivalı keçirilib. xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalın tərəfdaşları arasında Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi

Bu şəxslər pensiya ala bilməyəcək

Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasınd

Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı

Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərd

Azercell qadınları dəstəkləyən müsabiqə elan edir

Azercell "Həyatı daha dolğun edirik: qadınlara dəstək2026" sosial layihə müsabiqəsi üzrə müraciətlərin qəbuluna başlayır. xəbər verir ki, müsabiqəninməqsədi qadınların iqtisadi imkanlarının genişləndirilməsi, yen


azerbaycan xeberleri son xeberler yeni xeberler iqtisadiyyat xeberleri bugun cəbhədən görüntüleri xeberler maraqlı xəbərlər