Unibank müştərisi restrukturizasiyadan sonra ayda cəmi 43 qəpik kredit ödəyəcək

Unibank müştərisi restrukturizasiyadan sonra ayda cəmi 43 qəpik kredit ödəyəcəkUnibank "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında"  Prezident fərmanına uyğun olaraq, restrukturizasiya prosesini davam etdirir. İndiyədək bankda restrukturizasiya olunan kreditlərin həcmi 30 milyon manata çatıb.
Nizami Əkbərov Prezident fərmanından faydalanan Unibank müştərilərindən biridir. Restrukturizasiya müqaviləsi imzaladığı anda onun 524 manatlıq cərimə məbləği silinib. Müqavilədən sonra müştərinin aylıq kredit ödənişi 4 dəfəyədək azalıb. İlk bir il ərzində isə Unibank müştərisi banka ayda cəmi 43 qəpik kredit ödənişi edəcək.
Restrukturizasiya prosesi başlayandan, minlərlə Unibank müştərisi aylıq ödənişlərini dəfələrlə azaldan, cərimə məbləğinin anında silinməsinə imkan yaradan restrukturizasiya müqaviləsinə imza atıb.
Restrukturizasiya prosesi müştəriyə aşağıdakı üstünlükləri verir:
Restrukturizasiyaya qədər müştəriyə hesablanmış bütün cərimə məbləği silinir;
Aylıq ödənişi 3-4 dəfəyədək azalır;
İlk il yalnız faiz məbləği ödəndiyindən, müştərinin ödənişi çox cüzi məbləğ təşkil edir;
Müqavilədən sonra müştərininin yenidən müsbət kredit tarixçəsi formalaşır.
Restrukturizasiya prosesini daha sürətli və keyfiyyətlə icra etmək məqsədilə, Unibank filialları ötən həftədən gücləndirilmiş iş rejiminə keçib. Bankın bir çox filialları şənbə günləri uzadılmış iş rejimində işləməklə yanaşı, bazar günləri də müştərilərə xidmət edir.
Həftəiçi ilə yanaşı, şənbə və bazar günləri səhər saat 10.00-dan axşam 18.00-dək  bankın "Sumqayıt", "Dərnəgül" filialları, "Aquapark" məntəqəsi (Bankın baş idarəsinin yanı) və Region filialları restrukturizasiya ilə bağlı müştərilərə xidmət göstərir.
Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında"  Prezident fərmanınına əsasən, borcun valyutasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Restrukturizasiya edilən yeni kreditlər müştərilərə çox güzəştli şərtlərlə - 5 il müddətinə və illik cəmi 1%-lə verilir. Birinci il ərzində müştəri yalnız faiz borcunu ödəyir. 13-cü aydan başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir.
Restrukturizasiya prosesinin bitməsinə cəmi 2 həftə qalıb. Unibank, hələ də restrukturizasiyası müqaviləsi imzalamayan müştərilərini tezliklə bank filiallarına yaxınlaşaraq, bu fürsətdən faydalanmağa çağırır.
Unibank - hər kəsin bankı! /news.milli.az

İqtisadiyyat       Tarix: 06 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari son xeber az valyuta en son xeberler