Unibank səhmdarlarının siyahısında dəyişiklik edilib

Unibank səhmdarlarının siyahısında dəyişiklik edilib"Unibank" Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyətinin iri səhmdarları arasında bağlanan alqı-satqı əqdi nəticəsində Eldar Qəribovun Bankın Nizamnamə kapitalında iştirak payı artaraq 86,3839 %-ə qaldırılıb. Bu artım Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirak paynın alınması hesabına baş verib.
"Unibank" KB İdarə Heyətinin sədri Faiq Hüseynov "Unibank"ın AYİB-in ilk investisya etdiyi Azərbaycan bankı olduğunu və 2003-cü ildən bu yana birgə fəaliyyətin çox uğurlu əməkdaşlıq nümunəsi olduğunu bildirib: "Uzun illər "Unibank"ın səhmdarı kimi AYİB-in  bankın fəaliyyətində xüsusi iştirakı və mühüm rolu olub.  AYİB öz uğurlu korporativ idarəçilik təcrübəsini gətirməklə yanaşı, daha mürəkkəb illərdə Bankın kapitalının artırılmasında iştirak edib və dəstəyini göstərib. AYİB-in də dəstəyi nəticəsində Unibank bu dəyişiklik mərhələsindən uğurla keçib. Bütün səhmdarlarımız adından indiyədək "Unibank"ın inkişafına verdiyi töhfəyə görə, AYİB rəhbərliyinə təşəkkürümüzü bildiririk".
AYİB-in Bakı Ofisinin rəhbəri xanım İvana Duartenin fikrincə də  "Unibank"la əməkdaşlıq təmsil etdiyi qurumun Azərbaycan bank sektorunda fəaliyyətinin çox uğurlu nümunəsidir. "Unibank"ın AYİB-in ilk investisiya etdiyi Azərbaycan bankı olduğunu xatırladan xanım Duarte vurğulayıb ki, AYİB "Unibank"la birgə bir çox uğurlu layihələrə imza atıb və bankın kapitalının gücləndirilməsində iştirak edərək dəstək göstərib. 2003-cü ildən AYİB və Unibank birlikdə uzun və səmərəli bir yol keçiblər və gələcəkdə də müxtəlif sahələrdə bankla əməkdaşlıq davam etdiriləcək. 
Qeyd edək ki, maliyyə inkişafı institutu olaraq, AYİB-in əsas rolu özəl sektorda olan şirkətləri maliyyələşdirmək, kapitalında payçı kimi çıxış edib, onların instusional inkişafında iştirak etmək və dəstək olmaqdan ibarətdir. Qoyulmuş hədəflərə çatdıqdan sonra AYİB-in mandatı şirkət və bankların səhmdarları sırasından mərhələli çıxışını nəzərdə tutur.
AYİB-lə olan bu əməkdaşlıq "Unibank"a böyük təcrübə qazandırıb və bu təcrübə qarşıdakı illərdə də bankın inkişafında özünü göstərəcək.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik  mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və korporativ sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. /news.milli.az

İqtisadiyyat       Tarix: 18 iyun 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbər maşın realiti şou kriminal bugun cəbhədən son xəbərlər