Unibank tədavülə yüksək gəlirli manat istiqrazları buraxır

Unibank tədavülə yüksək gəlirli manat istiqrazları buraxır23 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Unibank KB"-nin tədavül müddəti 12 ay (360 gün), nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11.5%, faiz ödəniş dövrü isə hər 3 aydan (90 gün) bir təşkil edən, 20 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb.
azxeber.com xəbər verir ki, istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə nəzərdə tutulur. Bu barədə ətraflı məlumat ictimaiyyətə qiymətli kağızlar BFB-də listinqə alındıqdan sonra açıqlanacaq.
Unibank istiqrazlarını əldə etmək istəyən şəxslər qeyd edilən linkə keçərək müraciət edə bilərlər:
Nəzərinizə çatdıraq ki, fiziki şəxslər tərəfindən istiqrazlar üzrə əldə edilən faiz gəliri 10% gəlir vergisindən azaddır.
Xatırladaq ki, ötən il 30-cu ilini qeyd edən "Unibank", ölkənin ən köklü kommersiya banklarından olmaqla yanaşı, Azərbaycanda ilk dəfə olaraq "mobile-only" (filialsız bank- Leobank) prinsipini tətbiq edən maliyyə qurumudur.
Həmçinin cari ilin may ayında "Azərbaycan Respublikası Mərkəzi Bankı", "Bakı Fond Birjası" QSC, "Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi" və "Unicapital İnvestisiya Şirkəti"nin iştirakı ilə "Unibank K.B." ASC-ə həsr olunan "Emitent günü" uğurla baş tutub. Kütləvi informasiya vasitələrinin gündəm mövzusuna çevrilən tədbirin məqsədi investorlara və potensial emitentlərə mütəşəkkil kapital bazarının üstünlüklərini çatdırmaq olub.
Qeyd edək ki, qiymətli kağızların anderraytinqi, investisiya və törəmə maliyyə alətləri üzrə çoxşaxəli xidmət göstərən "Unicapital İ.Ş.", korporativ müştərilərinin bizneslərini genişləndirərək əlavə kapital cəlb etmələri, eyni zamanda mövcud səhm və istiqrazlarını birjaya yerləşdirə bilmələri üçün onlara etibarlı və asan anderraytinq xidməti təklif edir. 
BFB-nin ilk, ən uzunmüddətli üzvü və fond bazarının 16 illik peşəkar iştirakçısı olan "Unicapital İnvestisiya Şirkəti" ASC-nin müştəri sayı artıq 700 000-ə çatır.
Şirkətin Nizamnamə kapitalı 100%-lik "Unibank KB" ASC-yə məxsusdur.

İqtisadiyyat       Tarix: 25 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun xabarlar valyuta mezennesi 2026 qarabag