Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçiribUnibank KB və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə Ticarətin Sürətləndirilməsi Proqramı çərçivəsində "Xarici Ticarətin Maliyyələşdirilməsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirin əsas məqsədi xarici ticarətlə məşğul olan və bu istiqamətdə fəaliyyətini genişləndirməyi planlaşdıran yerli biznes nümayəndələrini ticarətin maliyyələşdirilməsi üzrə mövcud imkanlar, müasir maliyyə alətləri və beynəlxalq təcrübə ilə daha yaxından tanış etmək olub.
Tədbirin açılışında Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nataly Mouravidze və "Unibank"ın Baş Biznes İnzibatçısı Tahir Qəribov iştirakçıları salamlayaraq, tərəflər arasında əməkdaşlıq, biznes sektorunun maliyyələşdirilməsi və ticarətin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. 
Görüş zamanı ticarət əməliyyatlarının maliyyələşdirilməsi, bizneslərin beynəlxalq bazarlara çıxışı, ticarətin maliyyələşdirilməsi alətləri və bu prosesdə bankların rolu ətrafında müzakirələr aparılıb. Mərkəzi Bank tərəfindən müvafiq sahə ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər, ABA tərəfindən həyata keçirilən tədbirlər barədə sahibkarlara məlumat verilib. Sahə üzrə ekspertlər beynəlxalq təcrübəni iştirakçılarla bölüşüb, biznes nümayəndələrinin sualları cavablandırılıb.
Tədbir çərçivəsində iştirakçılara "Unibank"ın ticarətin maliyyələşdirilməsi sahəsində biznes müştərilər üçün təqdim etdiyi imkanlar və yeniliklər barədə məlumat verilib, bankın bu istiqamətdə qarşıdakı hədəfləri bölüşülüb. Vurğulanıb ki, Unibank üçün korporativ müştərilərlə uzunmüddətli və dayanıqlı əməkdaşlığın inkişaf etdirilməsi, onların maliyyə ehtiyaclarına uyğun həllərin təqdim olunması və beynəlxalq ticarət imkanlarından daha effektiv istifadə etmələrinə dəstək göstərilməsi prioritet istiqamətlərdəndir.
AYIB ilə birgə keçirilən bu kimi tədbirlər biznes nümayəndələrinin xarici ticarətin maliyyələşdirilməsi sahəsində biliklərinin artırılmasına, beynəlxalq təcrübə ilə tanışlığına və yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edir.
Tədbirdə Unibank müştərisi olan 70-ə yaxın sahibkar iştirak edib.
Unibank haqqında: Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə fəaliyyətə başlayan bank pərakəndə, korporativ və investisiya bankçılığı sahələrində geniş xidmətlər təqdim edir. Unibank Azərbaycanda rəqəmsal innovasiyaların öncüllərindən biri olub və 2021-ci ildə ölkənin ilk tam mobil bank əlavəsi olan Leobank-ı istifadəyə verib. Bank haqqında daha ətraflı:
AYİB haqqında: www.ebrd.com
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçiribUnibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçiribUnibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçiribUnibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib/ azxeber.com

İqtisadiyyat       Tarix: 13 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar

2 oktyabr 2026-cı il tarixində PAŞA Bankın Müşahidə Şurasının sədri Şahin Məmmədov PASHA Bank Georgia-nın Müşahidə Şurasının sədri, PAŞA Bankın İdarə Heyətinin üzvü və baş risk inzibatçısı Pərvin Əhədzadə isə Müşahidə Şurasını

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə tərəfdaşlıq çərçivəsində, qadın sahibkarların biznes və idarəetmə bacarıqlarının inkişafına yönəlmiş Access2Success layihəsini 5-ci dəfə həyata keçirir. Artıq ənənəv

AZAL daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirdi - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı təyyarələrin ümumi sayı 31-ə çatıb. Yeni "Airbu

Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ

Dünya bazarında qızılın qiymətinin 2027-ci ildə hansı səviyyəyə çatacağı ilə bağlı fərqli proqnozlar səsləndirilir. Bir sıra beynəlxalq maliyyə qurumları qiymətlərin yüksələcəyini gözləyir. Proqnozlarda qızılın bir troy

İCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLAR

İCMA nümayənədləri işgüzr İstanbul səfərində mühüm görüşlər keçirib. xəbər verir ki, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) "Tibb Müəssisələri və Həkimlərlə İş" komissiyasının İstanbul səfəri çərçivəsind

Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit

Yeni ev almaq istəyirsən, amma qarşıda bircə mənzil yox,çoxlu sual dayanır: harada olsun, neçə otaqlı olsun, hazır olsun, yoxsatikintidən seçim edilsin? Əslində, seçim imkanları nə qədər çoxdursa, sənəuyğun mənzili tapma

Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 173 manat təşkil edib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, bu göstəric

Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq

Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış "Aqrar sahə haqqında" yeni qanunun layihəsi ictimai müzakirəyə təqdim edilib. "Aqrar sahə haqqında" yeni qanun layihəsi kənd təsərrüfatında geniş dəyişikliklə

Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsini


yeni xeberler azerbaycan xeberleri son xeberler zelzele en son xeberleri cəbhədən son xəbər son xəbərlər bugün 2026