Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır

Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır"Unibank"ın ötən aydan mikro və kiçik sahibkarların istifadəsinə verdiyi avtomatlaşdırılmış kredit sistemi biznes sahiblərinin işini xeyli asanlaşdırıb. Bank bazarında hələ ki yeni olan bu xidmət, sahibkarların zamanına xeyli qənaətə və biznes sahəsindən ayrılmadan, rahatlıqla kredit əldə etmələrinə imkan yaradır. Biznes sahibləri tərəfindən çox yüksək dəyərləndirilən avtomatlaşdırılmış kredit sistemi, sahibkarların kredit əldə etmək üçün filiallarda vaxt itirməsinin qarşısnı alır. Bank əməkdaşı birbaşa sahibkarın obyektinə gedərək bütün məlumatları planşet vasitəsi ilə mikroportala daxil edir, məlumatlar anında bankın sisteminə ötürülür, sistem məlumatları təhlil edərək sahibkara ayrılan kredit məbləğini dərhal müəyyən edir. Üstəlik, kredit sahibkara kartla və zaminsiz ayrılır.
Xidmətin istifadəyə verildiyi ötən müddət ərzində mikro və kiçik sahibkarlara ayrılan kreditin 25%-dən çoxu avtomatlaşdırılmış sistem vasitəsilə ayrılıb. İlin sonunadək bu göstəricinin 50%-i ötməsi planlaşdırılır. Artıq "Unibank"ın bölgə filiallarında da biznes kreditlərinin avtomatlaşdırılmış sistem vasitəsilə ayrılmasına başlanılıb. Yeni sistemin sahibkarlar üçün daha bir üstünlüyü onların gələcəkdə də kredit üçün banka gəlmək zərurətini aradan qaldırmasıdır. Avtomatlaşdırılmış sistemlə ayrılan kreditlər kartla verildiyindən, sahibkar bir telefon zəngi ilə növbəti kredit istəyini bildirir və kredit məbləği avtomatik həmin karta daxil edilir. Yəni bu layihə sahibkarın istədiyi vaxtda maliyyə vəsaitinə çıxışını təmin edir, vaxt itkisinin qarşısını alır və zamin axtarmasına ehtiyac qalmır.
"Unibank"ın sərfəli biznes kreditlərindən və xidmətlərindən faydalanmaq istəyən sahibkarlar həftə içi bankın "Sumqayıt", "Xırdalan", "Əcəmi", "İnşaatçılar", "Əhmədli", "Bakıxanov", "Mərdəkan", "Nərimanov", "Neftçilər", "Quba", "Xaçmaz", "Şəki", "İsmayıllı", "Bərdə", "Şəmkir", "Gəncə", "Kəpəz", "Tovuz", "Mingəçevir", "Salyan" və "Lənkəran" filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, etmək olar.
Unibank - Sənin Bankın

İqtisadiyyat       Tarix: 16 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeberler cəbhədən son məlumatlar xeber az cəbhədən son dəqiqə