"Unibank"ın xalis mənfəəti 2 dəfəyə yaxın artıb
https://report.az/storage/news/c83d1ebb61e66650cd563e889af3590b/c2e613e1-3b09-4275-85dc-4ee88ade3c7c_292.jpg Report
"Unibank" ASC bu ilin yanvar-sentyabr aylarını 66,803 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 95,8% və yaxud 2 dəfəyə yaxın çoxdur.
9 ay ərzində "Unibank"ın gəlirləri 79,307 milyon manat (illik müqayisədə 63,9% çox), xərcləri 70,044 milyon manat (29,9% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 57,591 milyon manat (44,9% çox), mənfəət vergisi ödəmələri isə 51 min manat (17,7% az) təşkil edib.
Bu il oktyabrın 1-nə "Unibank"ın aktivləri 787,771 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,7% çoxdur. Bunun 425,114 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,6% böyüyüb.
Hesabat dövründə "Unibank"ın öhdəlikləri 13,7% artaraq 664,94 milyon manata, o cümlədən depozit portfeli 28,1% artaraq 528,736 milyon manata, balans kapitalı isə 45,1% artaraq 122,832 milyon manata çatıb.
Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 44,5%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 41,9%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib