Unibankla ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı - FOTOLAR

Unibankla ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı - FOTOLARBu gün "Unibank" KB ASC ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədin imzalanmasında əsas məqsəd tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin təmin edilməsidir. Memorandumu "Unibank"ın İdarə Heyətinin sədri Faiq Hüseynov və ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev imzalayıblar.
Natiq Hacıyev ADA Universitetinin təhsildə rəqəmsal həllərin tətbiqi üzrə əldə etdiyi təcrübəsinə dair məlumat verib. Natiq Hacıyev çıxışı zamanı qeyd edib ki, "Unibank" biznes mühitində innovativliyi ilə seçildiyindən bu gün imzalanan əməkdaşlıq sənədi hər iki qurumun maraqlarını əks etdirir.
Bank sektorunun gələcək perspektivlərindən bəhs edən Faiq Hüseynov ADA Universitetinin müasir təhsil, "Unibank"ın isə innovativ təcrübələr paylaşdığını vurğulayıb, bu baxımdan, hər iki qurum arasındakı əməkdaşlığın tələbələrin gələcək karyerasında və Bank əməkdaşlarının peşəkar inkişafında faydalı olacağını bildirib.
Memoranduma əsasən, tərəflər elmi və praktiki məlumat və bacarıqların mübadiləsini təmin edəcək, tələbələrin müvafiq istiqamətlər üzrə davamlı inkişafına fayda verəcək menecment, bank işi və maliyyə sahəsində birgə tədbirlər və sosial məsuliyyəti artıran layihələr icra edəcək, xüsusilə də, özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq edəcəklər.
Memorandum çərçivəsində ADA tələbələri istehsalat təcrübəsində iştirak edəcək, onların Bankın filial şəbəkələrinə səfərləri təşkil ediləcək, Bankın əməkdaşları isə ADA tərəfindən təşkil edilən İxtisasartırma proqramlarında iştirak edəcəklər.
Anlaşma Memorandumu ADA-nın tələbə və məzunlarını Bankın mövcud vakant yerləri barədə məlumatlandırmaq üçün Universitetdə "Karyera günləri" keçirilməsini də nəzərdə tutur. Bununla yanaşı, ikitərəfli əlaqələrdə davamlılığın təmin edilməsi, həmçinin müvafiq peşə sahələrinə uyğun kadr potensialının gücləndirilməsi istiqamətində tələbələrin kurs və buraxılış işləri, magistrantların dissertasiya mövzuları Bankın həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndiriləcək.
Unibankla ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı - FOTOLARUnibankla ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı - FOTOLAR

İqtisadiyyat       Tarix: 15 mart 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 krminal bu gun cəbhədən yeni xəbərlər cəbhədən ən son xəbərlər