Unun qiyməti 35,9 manat, çörəyin qiyməti 50 və 65 qəpik olacaq

Unun qiyməti 35,9 manat, çörəyin qiyməti 50 və 65 qəpik olacaqDünya iqtisadiyyatında COVID-19 pandemiyası ilə bağlı yaranan qeyri-müəyyənliklər, təchizat zəncirlərinə mütəmadi təzyiqlərin olması, bir sıra iqlim dəyişikliklərinin baş verməsi, logistika xərclərinin çoxalması bir sıra ərzaq məhsullarının, o cümlədən ərzaqlıq buğdanın qiymətlərində artımın yaranmasına səbəb olur.
AZƏRTAC dünya bazarlarında ərzaqlıq buğdanın qiymətində müşahidə olunan davamlı artıma təsir edən əsas amilləri diqqətə çatdırır.
Təbii ki, son illər qiymət artımı kimi mənfi tendensiyaların yaranma səbəblərindən danışarkən ilk öncə COVID-19 pandemiyasının dünya iqtisadiyyatında yaratdığı qeyri-müəyyənlikləri qeyd etmək lazımdır. Bununla yanaşı, müəyyən ekoloji faktorlar, yükdaşıma xərclərinin artması da qiymət artımına təsir edən amillərdəndir.
Digər tərəfdən əsas ixracatçı ölkələrdən olan Rusiyada ötən ilin fevralından başlayaraq ixrac tariflərinin tətbiq edilməsi ərzaqlıq buğdanın daha baha qiymətlə tədarük olunmasına gətirib çıxarır. Belə ki, keçən ilin dekabrında Rusiyada 1 ton ərzaqlıq buğdanın orta aylıq ixrac qiyməti 338 dollar olub və bu, 2019-cu ilin dekabr ayı ilə müqayisədə 58,7 faiz, 2020-ci ilin dekabrı ilə müqayisədə isə 33,1 faiz çoxdur.
Eyni zamanda, Dünya Bankının məlumatına əsasən, 2021-ci ilin noyabr ayında ərzaqlıq buğdanın 1 tonunun qiyməti 334 ABŞ dolları olub ki, bu, 2019-cu ilin noyabr ayı ilə müqayisədə 49,8 faiz, 2020-ci ilin dekabr ayı ilə müqayisədə 35,2 faiz yüksəkdir.
Azərbaycana ərzaqlıq buğdanın əsasən Rusiyadan idxal edilməsi və bu ölkədə baş verən qiymət artımı ölkəmizə də təsirsiz ötüşmür. Lakin ərzaqlıq buğdanın qiymətində baş verən artımın Azərbaycanda neqativ təsirlərini minimuma endirmək üçün dövlət tərəfindən bir sıra mühüm tədbirlər görülüb. 2020-ci ilin martından başlayaraq 12 ay ərzində ərzaqlıq buğdanın ölkə üzrə ehtiyatlarının yaradılması məqsədilə ərzaqlıq buğda təchizatçılarına ayrılmış 58,2 milyon manat kreditlər üzrə hesablanmış faizlərə 6,2 milyon manat subsidiya ayrılıb. Ərzaqlıq buğda təchizatçılarına hesablanan faizlərə subsidiya verilməsi müddətinin 12 aydan 24 ayadək uzadılması və qeyd edilən dövr üçün kreditlər üzrə hesablanmış faizlərə əlavə 7,3 milyon manat maliyyələşmə ayrılmasının planlaşdırılması da dövlət tərəfindən görülən tədbirlərə bariz nümunədir.
Həmçinin qiymət artımının qarşısını almaq məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib. Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 2024-cü ilin yanvarın 1-dək uzadılıb, ərzaqlıq buğda və un ixracının qarşısının alınması üçün bu il mayın 1-dək un və ərzaqlıq buğdanın ixracına 1 ton üçün 200 ABŞ dolları rüsum müəyyən edilib. Ötən il fevralın 1-dən sentyabrın 1-dək olan dövrdə un istehsalçılarına satılan unun hər tonuna görə 35 manat məbləğində, sentyabrın 1-dən dekabrın 31-dək olan dövr üçün idxal olunan ərzaqlıq buğdanın həcmində ən yüksək paya malik olan 3-cü sinif ərzaqlıq buğdanın orta aylıq idxal qiyməti əsasında yeni mexanizmlə hesablanmaqla subsidiya ödənilib. Bu müddət ərzində 37 sahibkarlıq subyektindən 333 müraciət daxil olub və 2021-ci il fevralın 1-dən noyabrın 1-dək un istehsalçılarına subsidiya şəklində 35,7 milyon manat vəsait ödənilib. İlin sonunadək əlavə olaraq 39 milyon manatadək vəsaitin ödənilməsi də proqnozlaşdırılır.
Ərzaqlıq buğdanın hazırkı idxal qiymətini (Rusiya Federasiyasında ərzaqlıq buğdanın orta aylıq ixrac qiyməti 338 ABŞ dolları) nəzərə alaraq daxili bazar qiymətləri belə proqnozlaşdırılıb: 50 kiloqramlıq 1 kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpik nəzərdə tutulur. Bu rəqəmləri yaxın coğrafi ölkələrdəki un və çörəyin qiymətləri ilə müqayisə etdikdə Azərbaycanda çörəyin qiymətinin daha ucuz olduğuna şahid olarıq. Belə ki, Azərbaycanda 500 qramlıq çörəyin qiyməti 50 qəpik olduğu halda, Gürcüstanda minimum 57 qəpik, maksimum 66 qəpik, Rusiyada 1 manat, Ukraynada minimum 1 manat 26 qəpik, maksimum 1 manat 46 qəpik, Qazaxıstanda minimum 51 qəpik, maksimum 55 qəpik, Ermənistanda isə 81 qəpikdir.

Sosial       Tarix: 05 yanvar 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycan son xeber bugun son xabar hava haqqinda cebheden xeber