Uqandada 70 yaşlı qadın əkiz uşaq dünyaya gətirib

Uqandada 70 yaşlı qadın əkiz uşaq dünyaya gətiribUqandada 70 yaşlı qadın əkiz uşaq dünyaya gətirib
Uqandada 70 yaşlı qadın Safina Namukvayya ekstrakorporal (süni) mayalanma (EKM) yolu ilə hamilə qalıb və iki sağlam əkiz uşaq dünyaya gətirib.
Qadının bir qız və bir oğlu dünyaya gəlib. Qadına qeysəriyyə əməliyyatı etmək lazım olub. Safina uşaqların doğulmasını möcüzə adlandırıb. O da, uşaqlar da özlərini yaxşı hiss edirlər.
Kampala şəhər xəstəxanasından bildirilib ki, 70 yaşlı ananın əkiz uşaq dünyaya gətirməsi təkcə tibbi uğur deyil.
"Bu, insan ruhunun gücü və möhkəmliyi haqqında bir hekayədir", - deyə həkimlər vurğulayıb.
Namukvayya "Afrikanın ən yaşlı anası" adını qazanıb. Safinanın əkiz uşaq gözlədiyi xəbərindən sonra əkizlərin atası onu tərk etdiyi üçün o, çox güman ki, uşaqları tək böyüdəcək.
"Kişilər birdən çox uşaq gözlədiyinizi eşitməyi xoşlamırlar. Məni bura qəbul etdiklərindən bəri yoldaşım bir dəfə də olsun buraya gəlməyib", - deyə qadın bildirib.
Namukvayya son üç ildə ikinci doğuşunu həyata keçirib. O, 2020-ci ildə bir qız uşağı da dünyaya gətirib. Safina etiraf edib ki, qızı dünyaya gəlməmişdən əvvəl insanlar ona uşaq sahibi olmadığına görə cırnadırdılar.
"Başqalarının uşaqlarına baxdırdım və onların böyüyüb məni tək qoyduğunu görürdüm. Görəsən qocalanda mənə kim baxacaq deyə düşündüm", - deyə o, nəhayət uşaq sahibi olmaq arzusunu izah edib.
Namukvayyanın uşaqlarını dünyaya gətirmək üçün donor yumurtasından, yoxsa daha əvvəl dondurulmuş yumurtadan istifadə etdiyi məlum deyil. Safinanın qadınlarda adətən 45-55 yaş arası baş verən menopauzadan keçirib-keçirməməsi ilə bağlı heç bir məlumat yoxdur.
Təəccüblüdür ki, Namukvayya dünyanın ən yaşlı anası deyil. 2019-cu ildə Hindistanda Erramatti Manqayamma adlı 74 yaşlı qadın əkiz qızları dünyaya gətirib. O da süni mayalanma vasitəsilə hamilə qalıb.
Mənbə: BBC / oxu.az

Maraqlı       Tarix: 01 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler hava haqqinda cəbhədən son vəziyyət ən son xəbərlər bugün