Ürək-damar xəstələri koronavirusdan necə qorunmalıdır?

Ürək-damar xəstələri koronavirusdan necə qorunmalıdır?"Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı məlumatlardan da bildiyimiz kimi, koronavirus əksər insanlarda qrip infeksiyası kimi nəzərə çarpır. Amma immun sisiteminin zəifləməsinə səbəb olan problemlərdən, xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən, xərçənglə bağlı müalicə almış insanlarda, eləcə də immuniteti zəiflədən dərmanlar qəbul edənlərdə koronavirus daha ağır şəkildə keçə bilər. Ona görə də həmin insanlar sosial izolyasiya barədə qərarlara daha diqqətlə yanaşmalıdırlar".
Bunu e-tibb.az-a video açıqlamasında tanınmış kardiocərrah, tibb elmləri doktoru, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Həkim vurğulayıb ki, ailə daxilində belə, izolyasiya, gigiyena tədbirlərinə daha diqqətlə əməl olunmalıdır. Eləcə də sağlam qidalarla immun sistemini gücləndirmək, həkimlərin xəstəliyə qarşı əvvəlcədən təyin etdiyi dərmanları vaxtlı-vaxtında qəbul etməklə təhlükənin miqyasını azaltmaq olar.
R. Mahmudov bildirib ki, xroniki xəstəliklər içərisində ürək-damar xəstəlikləri həm dünyada, həm də ölkəmizdə bir nömrəli xəstəlik sayılır. Ona görə də bu xəstəlikdən əziyyət çəkən insanların koronavirusa qarşı görülən tədbirlərə daha diqqətli olmaları vacibdir: "Hər birimiz ailə daxilində yaşlı, xəstə insanları daha çox qorumalıyıq. Onlarla ünsiyyətin azaldıllması, gigiyena qaydalarına daha çox əməl olunması önəmlidir. Sadə görünən, əslində isə çox effektli olan gigiyena tədbirlərinə əməl olunmalıdır. Yaşlı, xəstə insanlar olan evlərdə hər gün ən azı 3-4 dəfə havanı dəyişmək, Günəş işığı düməsinə şərait yaratmaq virusların yaşama müddətini azaldar"...
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 27 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler son xeberler 2026 xabar az sonxəbərlər