Ürəyin fəaliyyətinə təsir edən ən güclü vasitə - ARAŞDIRMA
Qoz bağırsaqlarda faydalı bakteriyaların ifraz olunmasına kömək edir, eyni zamanda ürək fəaliyyəti üçün də xeyirlidir.
Milli.Az xəbər verir ki, tədqiqatlar qozun faydalarını təsdiqləyir. Odur ki, qidalanma mütəxəssisləri onları menyuya əlavə etməyi məsləhət görürlər. Pensilvaniya alimlərinin apardığı araşdırmada məlum olub ki, qoz bağırsaq mikrobiomunu faydalı bakteriyalarla zənginləşdirir.
Alimlər piylənmə əlamətləri olan 32-65 yaşlı 42 insanın iştirak etdiyi araşdırma aparıb. İştirakçılar 2 həftə ərzində "Aralıq dənizi pəhrizi" nin qaydalarına əsasən qidalanıb. Sonra təsadüfi olaraq üç qrupa bölünüb və altı həftə boyunca az yağ tərkibli pəhrizə keçiblər. Üç qrupun menyusunda müəyyən fərqlər olub. Qoz menyuların birinə daxil edilib, son ikisi tamamilə və ya qismən bitki yağları ilə əvəz olunub. Və sonra bağırsaq mikrobiomu yoxlanılıb.
Məlum olub ki, qoz pəhrizi mikrobiomu bir neçə növ faydalı bakteriya ilə zənginləşdirib. Bunlara bağırsaqları qoruyan, yüksək təzyiq riskini azaldan bakteriyalar daxildir. Qozun tərkibində 0,2-6,7% fitik turşusu var. Odur ki, qərzəkli meyvənin faydalı xüsusiyyətlərinin bədən tərəfindən tam şəkildə qəbul edilməsi üçün istifadə etməzdən əvvəl onlar aktivləşdirilməlidir. (publika.az)
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ