Uşağa ilk telefon neçə yaşında alınmalıdır? - Psixoloqdan AÇIQLAMA
Uşağa ilk telefon neçə yaşında alınmalıdır? - Psixoloqdan AÇIQLAMA
Uşağınıza telefon, xüsusən də smartfon almaq üçün tələsməyə ehtiyac yoxdur.
Bu barədə rusiyalı uşaq psixoloqu Nataliya Derbeneva danışıb.
Onun sözlərinə görə, ilk telefon üçün ən yaxşı vaxt 5-7 yaşdır.
"Əlbəttə ki, həmyaşıdlarının sensor cihazlarına baxan bir uşaq sizdən eynisini istəyə bilər. Ancaq birinci telefon ən sadə, düyməli telefon olsa, daha yaxşı olar", - deyə Natalya Derbeneva əlavə edib.
Bununla belə, psixoloq istənilən qacetin uşaq üçün ciddi diqqət yayındırıcı olduğunu vurğulayıb.
"Məsləhətləşməyə gələn bütün valideynlər övladlarının telefonla daha çox maraqlandıqları üçün ailə həyatında iştirak etmədiklərindən, valideynlər və həmyaşıdları ilə ünsiyyət qurmamasından şikayətlənirlər. Bunu izah etmək asandır: telefonların köməyi ilə biz çox tez və çətinlik çəkmədən bir doza dopamin qəbul edirik və təəssüf ki, belə sadə həzzin aludəçisi oluruq. Artıq telefonda oyun oynamaqdan və ya cizgi filmindən həzz almağa öyrəşmiş uşaq çətin ki, asudə vaxt kimi kitab və ya həmyaşıdları ilə gəzinti seçsin", - deyə mütəxəssis bildirib.
Psixoloq zamanla bu cür davranışın uşağın inkişafına və emosional intellektinə son dərəcə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.
Mənbə: Gazeta.ru / oxu.az
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR