"Uşağın inkişafı üçün hər şeyi edirik" - "LANDAU PreSchool"un tədris işləri üzrə direktoru ilə MÜSAHİBƏ + FOTO

"Uşağın inkişafı üçün hər şeyi edirik" - "LANDAU PreSchool"un tədris işləri üzrə direktoru ilə MÜSAHİBƏ + FOTO"Uşağın inkişafı üçün hər şeyi edirik" - "LANDAU PreSchool"un tədris işləri üzrə direktoru ilə MÜSAHİBƏ + FOTO
"LANDAU PreSchool"un tədris işləri üzrə direktoru Günel Məmmədova Oxu.Az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Zəhmət olmasa, "Preschool" yaradılması ideyasının necə formalaşmasından bəhs edin.
- Bir neçə il əvvəl məktəbəqədər yaşında uşaqların anası olduğum üçün onlara uyğun bir təhsil müəssisəsi axtardım və mənim üçün gördüklərimdən arasında seçim etməyin çətin olduğunu anladım. Həmin vaxt məndə məktəbəqədər hazırlıq üçün müəssisə yaratmaq ideyası yarandı.
Rəfiqəmlə bunu necə arzuladığımızı yaxşı xatırlayıram. Ancaq başa düşürdüm ki, bunun üçün böyük səy və resurslar tələb olunur. O dövrdə bir ildən az müddət ərzində fəaliyyət göstərən "LANDAU School"un təsisçiləri mənimlə görüşməyə və ideyamı dinləməyə razı oldular. Bunun üçün onlara sonsuz minnətdaram. Mənim ideyam müsbət qarşılandı, çünki sən demə həmin vaxt bir çox valideyn də məktəbəqədər hazırlıq müəssisəsi açılması istəyi ilə "LANDAU School"a müraciət edirmiş. Beləliklə, bir müddət sonra "LANDAU PreSchool" layihəsi ortaya çıxdı.
- "LANDAU PreSchool"da hansı fənlər keçilir?
- Hazırda ingilis və rus bölmələrində əsas olan bu fənləri öyrənirik: riyaziyyat, ingilis dili, məntiq və BSL (Basics of Social Learning). Bundan əlavə mütləq qaydada Azərbaycan dili və rəqs dərsləri də keçirilir. 
- Uşaqların qalan fənlər üzrə nə öyrəndiyi ümumən aydındır, bəs BSL nədir?
- BSL tədris planı "LANDAU PreSchool"un mütəxəssisləri tərəfindən hazırlanıb. Bu dərslərdə uşaqlar ətraf mühit haqqında baza biliklər əldə edirlər. Bildiyiniz kimi, bu gün ətraf mühit problemləri hər zamankından daha aktualdır, buna görə də gələcək nəsillərin uşaqlıqdan bu barədə daha çox məlumat əldə etmələrini və həyat fəaliyyətlərində onlara lazımi səviyyədə diqqət yetirmələrini istəyirik.
- "LANDAU PreSchool"da tədris proqramı nə qədər davam edir? 
- Akademik proqramın dolğun olması səbəbindən tədris proqramı 2 il üçün nəzərdə tutulmuşdur. Bizim 4-5 (junior) və 5-6 yaşlı (senior) uşaqlar üçün qruplarımız var. Birbaşa yuxarı yaş qrupuna qoşulmaq imkanı da mövcuddur. Bunun üçün uşaq pedaqoq və psixoloqla müsahibədən keçir.
Bununla yanaşı, praktika göstərir ki, uşağın iki il "PreSchool"da oxuduqda materialı düzgün öyrənmək və mənimsəmək üçün kifayət qədər vaxtı olur. "PreSchool"un ikinci ilinin sonunda uşaqlar "LANDAU School"un birinci sinifinə daxil olmaq üçün imtahan verirlər. Əlavə etmək istərdim ki, bizim məktəbimizdə uşağı hərtərəfli inkişaf etdirmək məqsədi var. "Science" (fizika, kimya, biologiya) və riyaziyyata xüsusi diqqət yetirməyimizə baxmayaraq, əlbəttə ki, digər mövzulara da çox həssas yanaşırıq. Bunun üçün yerli və xarici proqramların "qarışığı" adlandıra biləcəyimiz özünəməxsus bir təlim proqramı hazırlamışıq.
- Siz psixoloq barədə bəhs etdiniz. Valideynlər bu sözdən çəkinmirlər ki? Yəqin, sizdən uşağın nəyə görə psixoloqla görüşməli olması barədə tez-tez soruşurlar...
- Şagirdin psixoloji vəziyyəti bizim üçün çox önəmlidir. Təhsilə sadəcə hazır olmayan uşaqlar var, yəni onlara hələ daha bir il lazımdır. Bütün bunlara isə peşəkar psixoloq diqqət yetirə bilər. Bizim üçün uşaqların hər gün "PreSchool"a məmnuniyyətlə gəlmək istəmələri vacibdir. Səhər dərslərə gələn uşaqların gözündə sevinc gördüyüm zaman keçirdiyim həmin o gözəl hissləri çatdıra bilmərəm. Artıq həyatın bu mərhələsində şagirdlərə yeni bilik sevgisi aşılamağa çalışırıq.
- Ümumiyyətlə, məktəbəqədər hazırlıq nə dərəcədə vacibdir?
- Məktəbəqədər hazırlığın son dərəcə əhəmiyyətli olduğuna inanıram, çünki bu, bir növ tramplin, uşaq bağçasından məktəbə keçiddir. Burada uşaq nizam-intizamı öyrənir, ilkin akademik biliklərə yiyələnir. 
- "LANDAU School"a daxil olmaq üçün "LANDAU PreSchool"da oxumaq zəruridir?
- Qanuna görə, birinci sinfə daxil olmağa hazırlaşan hər bir uşaq məktəbəqədər təhsil mərkəzində tədris keçməlidir. Proqramlarda fərq olduğuna görə "LANDAU School"un ingilis bölməsinin birinci sinfinə qəbul olmaq istəyən namizəd "LANDAU PreSchool"un məzunu olmalıdır. "LANDAU School Local Curriculum", yəni məktəbimizin Azərbaycan və rus bölmələrinə gəldikdə isə, hazırda burada digər təhsil müəssisələrinin məzunlarının qəbulu mümkündür.
 - Tədris prosesinin keyfiyyətinə necə nəzarət edirsiniz?
- Biz koordinatorlar komandası ilə həm oflayn, həm də onlayn dərslərdə iştirak edir, müəyyən qeydlər aparırıq, sonra müvafiq düzəlişlər edir, görüşlər keçirərək müəllimlərə məsləhətlər veririk, burada istənilən hətta bəzən çox kiçik nüansların müzakirəsi aparılır. Bizim tərəfimizdən həmçinin pedaqoji heyətə təlimlər də keçilir.
- Uşaqların uğurları və inkişafı necə izlənilir?
- Hər tədris kvartalında uşaqların şifahi və yazılı qiymətləndirilməsi aparılır. Nəticəyə əsasən uşağın inkişafını müşahidə edirik. Çatışmazlıqlar varsa, o zaman müəllim uşağın biliklərini lazımi səviyyəyə çatdırmaq üçün onu əlavə dərslərə buraxır. Qeyd etmək istəyirəm ki, biz uşağın inkişafı üçün hər şeyi edirik.
- Məktəbəqədər hazırlıq zamanı şagirdlərin gələcəyinin təməli qoyulur, çünki təhsil almaq və dünyanı tanımaq kimi uzun yolda ilk addımlarını məhz burada atırlar. Bu məsuliyyətin öhdəsindən necə gəlirsiniz?
- Bunun böyük məsuliyyət olması ilə razılaşıram. Hətta deyə bilərəm ki, böyük emosional-psixoloji fonun mövcudluğuna görə burada məsuliyyət səviyyəsi orta və ali məktəbdən daha yüksəkdir. Daha əvvəl dediyim kimi, pedaqoq məlumatı elə təqdim etməlidir ki, uşaq təhsili sevsin və bilik onu cəlb etsin. İnanıram ki, yalnız uşaqlara və peşəyə sevgi ilə uğura nail olmaq mümkündür. Pedaqoq roluna namizədləri seçərkən yalnız peşəkar bacarıqlara deyil, insani keyfiyyətlərə də diqqət yetirirəm. İnanıram ki, hər bir insana yeni bir şey öyrətmək olar, ancaq insani keyfiyyətləri dəyişdirmək olmaz. Buna görə də müəllimlərimiz uşaqlara qarşı çox mehribandır və işlərini mükəmməl yerinə yetirirlər.
- Əgər qeyri-akademik tərəflərdən danışsaq, məktəbinizin qlobal prioritetləri nələrdir?
- Cəmiyyətin xeyrinə çalışmaq! "LANDAU School"un rəhbərliyi uşaqların vətənpərvər ruhda tərbiyəsinə böyük diqqət yetirir. Məktəbdə mütəmadi olaraq milli bayramlarımıza həsr olunmuş tədbirlər təşkil olunur, Azərbaycan nağılları əsasında maraqlı tamaşalar nümayiş etdirilir. Belə tədbirlər zamanı müəllimlər uşaqlara unutmamalı olduğumuz yerli adət-ənənələri öyrədirlər. Bizim üçün məzunların vətənini sevməsi və ona faydalı olması vacibdir.
- Sərtləşdirilmiş karantin rejimi dövründə məktəbəqədər müəssisələri də ya işləmədi, ya da onlayn rejimdə fəaliyyət göstərdi. Siz də fəaliyyətlərinizi distant şəkildə, onlayn olaraq davam etdirdiniz. Hələ çox kiçik olan uşaqlar evdən oxumalı olduğu zaman nizam-intizamı təmin etmək çətin oldumu?
- Etiraf edirəm ki, onlayn təhsilə keçərkən çox narahat idim. 4-6 yaş arası uşaqların təhsildən yayınmamaları üçün onlara yalnız dərs öyrətmək kifayət deyil, həm də həmin uşaqların elmə maraqlarını oyatmaq lazımdır. Bunun üçün hər dərsi düşünərək müəllimlərlə bir çox hazırlıq işləri apardıq. Müəllimlərin də etdiklərini dəyərləndirməliyik: uşaqlar üçün interaktiv dərslər hazırladılar, onları maraqlandıra bildilər və uşaqları müvəffəqiyyətlə distant təhsilə keçirdilər. İnanıram ki, bu məsələnin öhdəsindən layiqincə gəldik.
- Ümumiyyətlə, bu yaşda uşaqları öyrətmək çətindir?
- Əgər uşaqları sevirsinizsə, yox. Əsas odur ki, müəyyən avtoriteti saxlayaraq, uşaqla etibarlı münasibət qurun. Uşaq müəllimdən sevgi və düzgün münasibət görürsə, o zaman sürətlə öyrəşir və yeni şeylər öyrənir. Bu anda enerji və bilik mübadiləsi baş verir. Qeyd etmək istəyirəm ki, biz də öz növbəmizdə uşaqlardan yeni şeylər öyrənirik və saf, müsbət enerji alırıq.
- "LANDAU PreSchool"un direktoru kimi, gənc valideynlərə hansı məsləhətləri verə bilərsiniz?
- Uşağı olduğu kimi qəbul etsinlər, heç bir halda onu digər uşaqlarla müqayisə etməsinlər, kiçik olsa da, hər bir uğuruna sevinə bilsinlər, həvəsləndirsinlər.
- Seçdiyiniz fəaliyyət sahəsində sizi ən çox qürurlandıran şəxsi nailiyyətiniz hansıdır?
- Bu suala cavab vermək mənim üçün çətindir. Xoşbəxt uşaqlar, iş kollektivindəki ailə mühiti – yəqin ki, əsas olan budur. Uşaqların sizi qucaqlaması və nəyi öyrəndiklərini, hansı yeni biliklərin onlarda meydan gəldiyini göstərməyə tələsməsi çox xoşdur. 
- Maraqlıdır, kollektivi səmərəli işə necə ruhlandırırsınız...
- İnsan özünü rahat hiss etdikdə, rəhbərlikdən dəstək aldıqda, bunun qarşılığında təbii olaraq yüksək keyfiyyətli və vicdanlı iş göstərmək istəyir. Hesab edirəm ki, rəhbər öz nümunəsində nəyin necə edilməli olduğunu göstərməli, yalnız tənqid etməyi deyil, həm də tərifləməyi bacarmalıdır.
- "LANDAU School" yerli brend kimi kifayət qədər sürətli templə inkişaf edir və biz inanırıq ki, məktəb öz sürətli inkişafına davam edəcək. Yaxın gələcək üçün planlarınızı öyrənmək istərdik.
- Çox sağ olun, biz həqiqətən hər şeyi ən yüksək səviyyədə etməyə çalışırıq. Planlardan danışarkən qeyd etmək istərdim ki, bu il bizdə rus bölməsi açıldı və gələn il müraciət edənlərin sayı çox olduğu üçün onu genişləndirməyi planlaşdırırıq. Yeni tədris ilinin əvvəlinə Bayıl qəsəbəsi ərazisində, eyniadlı "International School" binamızın yanında "LANDAU PreSchool"un yeni filialı açılmalıdır. Tədris proqramına gəldikdə isə, biz hər il onu yeniləyirik. Yaxın gələcəkdə komandamız tərəfindən beynəlxalq standartların tələblərinə uyğun şəkildə hazırlanacaq tədris vəsaitlərinin buraxılması planlaşdırılır. Əlbəttə ki, planlar çoxdur, amma gəlin biraz intriqanı saxlayaq. Hələlik maraqlananlar "LANDAU Education Group"un fəaliyyətini izləyə, "PreSchool" və bizim məktəbimizlə əlaqəli xəbərləri "LANDAU School"un sosial şəbəkələrdəki rəsmi səhifələrindən oxuya bilərlər.
"Uşağın inkişafı üçün hər şeyi edirik" - "LANDAU PreSchool"un tədris işləri üzrə direktoru ilə MÜSAHİBƏ + FOTO"Uşağın inkişafı üçün hər şeyi edirik" - "LANDAU PreSchool"un tədris işləri üzrə direktoru ilə MÜSAHİBƏ + FOTO"Uşağın inkişafı üçün hər şeyi edirik" - "LANDAU PreSchool"un tədris işləri üzrə direktoru ilə MÜSAHİBƏ + FOTO"Uşağın inkişafı üçün hər şeyi edirik" - "LANDAU PreSchool"un tədris işləri üzrə direktoru ilə MÜSAHİBƏ + FOTO"Uşağın inkişafı üçün hər şeyi edirik" - "LANDAU PreSchool"un tədris işləri üzrə direktoru ilə MÜSAHİBƏ + FOTO"Uşağın inkişafı üçün hər şeyi edirik" - "LANDAU PreSchool"un tədris işləri üzrə direktoru ilə MÜSAHİBƏ + FOTO"Uşağın inkişafı üçün hər şeyi edirik" - "LANDAU PreSchool"un tədris işləri üzrə direktoru ilə MÜSAHİBƏ + FOTO"Uşağın inkişafı üçün hər şeyi edirik" - "LANDAU PreSchool"un tədris işləri üzrə direktoru ilə MÜSAHİBƏ + FOTO"Uşağın inkişafı üçün hər şeyi edirik" - "LANDAU PreSchool"un tədris işləri üzrə direktoru ilə MÜSAHİBƏ + FOTO"Uşağın inkişafı üçün hər şeyi edirik" - "LANDAU PreSchool"un tədris işləri üzrə direktoru ilə MÜSAHİBƏ + FOTO"Uşağın inkişafı üçün hər şeyi edirik" - "LANDAU PreSchool"un tədris işləri üzrə direktoru ilə MÜSAHİBƏ + FOTO


Sosial     Baxılıb: 419   Tarix: 26 may 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ucuz mənzil almayaq istəyənlərə şad xəbər: MİDA 5 bina tikəcək

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində beş ədəd çoxmənzilli yaşayış binası tikəcək. -un dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, bununl

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat olub. xəbər verir ki, avronun məzənnəsi 0,1 % artaraq 1,7969 manat, 100 Rusiya rublunun məzənnəs

Bu ərazilərə qar yağdı

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, düşən yağıntının miqdarı Bakıd

Tənzilə Rüstəmxanlı növbəti dəfə Neftçala seçiciləri ilə görüşdü – FOTOLAR

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı növbəti dəfə Neftçala seçiciləri ilə görüşüb. Görüşdə vətəndaşlar tərəfindən işsizlik, təhsil və səhiyyə problemlərinin həlli, qaz, su o cümlədən pensiy

Bu sektorda işləyənlərin maaşları artacaq

Ölkədə minimum əməkhaqqının artırılması məsələsi yenidən diqqət mərkəzindədir. . Hər il bu göstəricinin artırılmasında məqsəd sosial rifahın yaxşılaşdırılmasıdır. Dövlət sektorunda çalışan şəxslər üçün bu, birbaşa maaşları

Cəlilabadda itkin düşən qadınla bağlı yeni təfərrüatlar

Cəlilabad rayonunun Hacıməmmədli kəndində yaşayan 1991-ci il təvəllüdlü Leyla Hikmət qızı Heydərovanın itkin düşməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.  Biləsuvar rayonundan gəlin köçən Leyla üç uşaq anasıdır və yaxınlarını

Sevgilisindən bir milyona yaxın pul tələb edən tiktokerlə bağlı QƏRAR

Bir neçə gün əvvəl sevgilisini şantaj etmə ittihamı ilə həbs edilən tiktoker Aybəniz Xəlilova ev dustaqlığına buraxılıb. Bu barədə "Qafqazinfo"ya onun vəkili Salman Qasımov məlumat verib. Vəkil deyib ki, Suraxan

Vergi ödəyicilərinin nəzərinə: qanuna dəyişiklik ediləcək

Yeni Vergi Məcəlləsinin strukturu üzərində işləyirik. Artıq bütün dəyişiklikləri özündə daha strukturlaşmış şəkildə əhatə edən Vergi Məcəlləsi olacaq. xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlı

Hərbçilər Kəlbəcərdən qayıdırmış - Dəfn yerləri açıqlandı

Dünən axşam saatlarında Bakı-Qazax magistral yolunun Tovuzdan keçən hissəsində baş vermiş ağır qəzada həlak olan hərbçilər bu gün dəfn ediləcək. xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Azərbayca


tezbazar son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bu gun son xeberler bugun 2024 muharibe kriminal xeber xəbər az