Uşaq qan-tər tökür, qan ağlayır - VİDEO
Uşaq qan-tər tökür, qan ağlayır - VİDEO
Hindistanın Tripura ştatından olan səkkiz yaşlı qız nadir xəstəliklə əlaqədar qan ağlamağa və qanlı tərləməyə başlayıb.
Bu barədə "The Sun" xəbər yayıb.
Çvanqsas Debbarmada qeyri-adi simptomlar ilk dəfə aprel ayında görünüb. Həmin dövrdən etibarən onun mütəmadi olaraq burnundan və qulağından qan axıb, həmçinin, qolunun altında, üzündə, əl və ayaqlarında qanlı tərlər görünməyə başlayıb.
Qız öz şəhərində Qefsiman bağında dua edərkən qan-tər olan İsa Peyğəmbərlə (Tövrata görə) müqayisə edilir.
Xəstəxanaya aparılan uşaqda həkimlər hematogidrozdan şübhələniblər. Lakin diaqnoz qoymaq üçün əlavə yoxlamalara ehtiyac olub. Tibb işçiləri qıza dərman təyin ediblər. Bir neçə gündən sonra qızın vəziyyəti düzəlib.
Lakin az sonra uşaqda qanaxmalar başlayır, bu dəfə qan onun dodaqlarından, dilindən, alnından, başından, gicgahlarından, əllərindən, ayaqlarından, gözlərindən, ayaq barmaqlarından, qulaqlarından, biləklərindən və barmaq uclarından axmağa başlayır. Debbarma özünü pis hiss edir, döş qəfəsinin ağrıdığını bildirirdi.
Həmin dövrdən etibarən uşaq ştatın müxtəlif xəstəxanalarında bir neçə həkimin müayinəsində olub, lakin ona kömək edən tapılmayıb.
Hematogidroz – pasiyentdə dəri vasitəsilə qanın axması vəziyyətidir. Bu xəstəlik 10 milyondan bir adamda görünür. Qanama, adətən, öz-özünə dayanır. Bu, təhlükəli deyil, ancaq bədənin susuzlaşmasına və diskomforta səbəb ola bilər. Xəstəlik çox nadir olduğundan elm adamları hematogidrozun yaranmasının nə ilə əlaqədar olduğunu tam müəyyənləşdirə bilməyiblər. /oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb