Uşaq sığınacağında saxlanılan körpənin döyüldüyü iddia edilir: "Yalvarıram sizə, qurtarın onu" - VİDEO
Uşaq sığınacağında saxlanılan körpənin döyüldüyü iddia edilir: "Yalvarıram sizə, qurtarın onu" - VİDEO
"Sevgi" Uşaq Sığınacağında saxlanılan körpəyə əziyyət edildiyi, döyüldüyü barədə məlumat paylaşılıb.
Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə körpənin videosunu yayaraq qeyd edib ki, hər gün onlarla sosial şəbəkə istifadəçisi "Sevgi" Uşaq Sığınacağı adı ilə "Instagram"da paylaşımları olan Könül adlı xanımın davranışı, uşaqlara olan münasibəti ilə bağlı müraciət edir.
O bildirib ki, bir neçə dəfə aidiyyəti qurumlara müraciət edib, lakin hələ araşdırma aparıldığı, istintaq prosesinin davam etdiyi söylənilib:
"Əzizlərim, gözləyirik? "Totu" ləqəbli uşaq isə ölür! İki il ərzində, görün, uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib deyə soruşdunuzmu? Ümumiyyətlə, qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür. Amma mən faktlara əsaslana bilərəm. Hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür. Yalvarıram sizə, qurtarın bu uşağı! Uşaq o qadının əlindən alınmalı, məhkəmə ilə qadının fəaliyyəti məhdudlaşdırılmalıdır!" - K.Ağazadə yazıb.
Videoda körpənin gözlərini bir nöqtəyə zilləyərək hərəkətsiz dayandığı, yalnız ağzına qoyulan yeməyi çətinliklə çeynədiyi görünür.
DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, həmin məsələ ilə bağlı polis və prokurorluq orqanlarında araşdırma aparılıb:
"Aparılmış araşdırma ilə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda həmin material məhkəmə icraatındadır".
/ oxu.az
f Paylaş
Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR