Uşaqlar arasında "Vətən sevgisinə rəng qat!" adlı rəsm müsabiqəsi keçirildi
Bakcell və «GİD CSR Consulting» şirkəti uşaqlar arasında "Vətən sevgisinə rəng qat!" şüarı altında rəsm müsabiqəsi elan edib. Layihənin məqsədi vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin övladlarına öz həmyaşıdlarının qayğı və diqqətini göstərməkdir.
Azxeber.com xəbər verir ki, layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 7-17 yaşlı uşaqlar arasında rəsm müsabiqəsi elan ediləcək.
Seçilən rəsm əsərlərinin satışından əldə olunan vəsait isə İkinci Qarabağ müharibəsi şəhidlərinin övladlarına hədiyyələrin alınması üçün xərclənəcək. Beləliklə, "Vətən sevgisinə rəng qat!" şüarı altında keçirilən bu aksiyaya qoşulan uşaqlar 100 şəhidin övladına dəstək və dostluğunu nümayiş etdirmək imkanı əldə edəcək.
Aksiyada iştirak etmək istəyən uşaqlar sərbəst mövzu üzrə çəkilmiş rəsmlərini 01 noyabr 2021-ci il tarixinə qədər ünvanına göndərməlidir.
Müsabiqədə iştirak qaydaları və aksiya barədə daha ətraflı məlumat səhifəsində yerləşdirilib.
Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiyasını diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi "Bakcell Stars" adlı Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar