Uşaqların maska taxması ən yaxşı qoruyucu vasitədir
Yeni növ koronavirusa (COVID-19) yoluxmamaq üçün ən yaxşı vasitələrdən biri maskadır. Valideynlər övladlarının maska taxması ilə əlaqədar bəzən problemlə üzləşirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkimlər qapalı məkanlarda böyüklərlə yanaşı balacaların da maskadan istifadəsinin vacib olduğunu deyirlər. Həkim-pediatr Hafizə Məmmədova buna münasibət bildirərək deyib ki, istər maskalı, istərsə də maskasız uşaqların sıxlıq, toplum olan yerlərə getməmələri tövsiyə olunur. Əgər həmin məkanlara getmək məcburiyyəti varsa, maskadan istifadə etmək zəruridir. Açıq məkanlarda və sosial məsafə saxlanılan ərazilərdə maska taxmaq o qədər də vacib deyil.
Uşaqların yaş faktorunun da nəzərə alınması vacibdir. Həmçinin maskanın tez-tez dəyişdirilməsinə də diqqət yetirmək lazımdır: "2 yaşa qədər uşaqlarda boğulma riski yaratdığına görə maska ehtiyatla taxılmalıdır və hər 2 saatdan bir mütləq dəyişdirilməlidir".
Həkimlər bildirirlər ki, 2 saatdan bir dəyişdirilməyən və yuyulub istifadə edilən maskalar qoruyuculuq funksiyasını itirir. Bu zaman isə yoluxma təhlükəsi artır.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar