Uşaqların qidalanması üçün vacib olan vitaminləri bu QİDALARDAN əldə etmək olar

Uşaqların qidalanması üçün vacib olan vitaminləri bu QİDALARDAN əldə etmək olarSüdəmər və məktəbəqədər uşaqların qida rasionunda vitaminlər və mineralların da miqdarına diqqət yetirmək vacib məqamlardan biridir.
Trend Qida Təhlükəsizliyi Agentliyinə istinadən bildirir ki, bunlardan göz, dəri və daxili orqanların selikli qişasının sağlamlığı üçün vacib olan A vitamini qaraciyər, süd məhsulları, balıq yağı, tünd-yaşıl yarpaqlı və sarı (məsələn kök) tərəvəzlərin tərkibindədir. Sümüklərin formalaşmasında əvəzsiz rol oynayan D vitamini balıq yağı, qaraciyər, balıq məhsullarının tərkibində, antioksidant xüsusiyyətə malik olan E vitamini bitki yağı, qoz, yaşıl yarpaqlı tərəvəzlərin tərkibində, yaraların sağalması zamanı toxumaların bərpasında vacib rol oynayan C vitamini sitrus meyvələri, pomidor, kələmin tərkibində, sinir sisteminin, maddələr və enerji mübadiləsinin tənzimlənməsi, qanda qırmızı qan hüceyrələrinin (eritrositlərin) əmələ gəlməsində əvəzsiz rol oynayan B qrupu vitaminləri (B1, B2, B3, B6, B12) taxıl və paxlalı bitkilər, ət, süd, yumurta, balıq, yaşıl yarpaqlı tərəvəz bitkilərinin tərkibindədir.
Sinir sisteminin normal fəaliyyəti üçün mühüm rol oynayan fol turşusu qaraciyər, portağal şirəsi, yaşıl yarpaqlı tərəvəz bitkilərinin tərkibində; zülal və karbohidrat mübadiləsində çoxsaylı reaksiyaları tənzimləyən pantoten turşusu heyvan mənşəli qida məhsulları, paxlalı bitkilərin tərkibində üstünlük təşkil edir.
Vitaminlərlə bərabər, bir sıra minerallar vardır ki, onlar əvəzedilməz qida mikroelementləri olmaqla, uşaqların böyümə, inkişaf və sağlamlığında mühüm rol oynayır. Südəmər və məktəbəqədər uşaqlar üçün bu minerallardan ən əhəmiyyətliləri yod, sink, kalsium və natriumdur. Qalxanabənzər vəzin hormonlarının sintezində və bununla da maddələr mübadiləsinin tənzimlənməsində əvəzedilməz substrat olan yod yodlaşdırılmış duz, dəniz məhsulları, bəzi bitki və heyvan mənşəli qida məhsullarının tərkibində; yaraların sağalması, fiziki və reproduktiv inkişafı təmin edən sink ət, balıq, yumurta, taxıl və paxlalı bitkilərin tərkibində; sümük və dişlərin inkişafı və formalaşmasında, sinir impulslarının ötürülməsində əvəzsiz rol oynayan kalsium süd, pendir, krevetka, balıq əti (qızılbalıq, sardina, siyənək), yaşıl yarpaqlı tərəvəz bitkilərinin tərkibində, hüceyrədaxili mübadilə və turşu-qələvi balansının tənzimlənməsində əvəzsiz rol oynayan, sinir və əzələ liflərinin funksiyalarının yerinə yetirilməsində hüceyrələrin elektrik aktivliyini tənzimləyən natrium isə daha çox duz, ət, balıq, yumurta, süd məhsullarının tərkibində üstünlük təşkil edir.
Uşaq qida rasionunda çox yağlı ət, həmçinin yağlı quş əti (məsələn, ördək, qaz əti), eləcə də kəskin ədviyyatlar və qida əlavələri (sirkə, istiot) istisnalıq təşkil edir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 22 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər cəbhədən canlı sonxeber.az cəbhədən görüntüleri