Uşaqlıq arzusu çin oldu, Zamiq Füzulidə konsert verdi - FOTOLAR
Müğənni Zamiq Hüseynovun doğulduğu Füzuli şəhərində solo konserti baş tutub.
azxeber.com xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşkilati dəstəyi və Zamiqin təşəbbüsü ilə açıq havada gerçəkləşən konsert proqramı xoş ab-havası ilə yadda qalıb.
Füzuli şəhər sakinləri musiqili gündə olduqca sevinib, müğənnini coşquyla qarşılayıb. Onlar pop ulduzun nəğmələrini onunla bərabər də canlı ifa edib. Sənətçi ard - arda sevilən ifalarını gələn qonaqlar üçün oxuyub, onlarla xüsusi dialoqda olub. Zamiq özəl gününü adəti üzrə "Qarabağ" mahnısı ilə yekunlaşdırıb.
Təəssüratlarını bölüşən Hüseynov, öncə belə gözəl günün təşkilatçılarına dərin təşəkkürünü bildirib:
"Öncə, əziyyəti keçən hər kəsə sonsuz məmnunluq hissi duyuram. Uzun illərdir sadəcə xəyal kimi arzumun gerçək olması məni olduqca xoşbəxt edib. Hisslərimi kəlimələrə sığdıra bilmirəm. Füzuli elində olub, doğma şəhər sakinləri ilə xoş vaxt keçirmək mənimçün olduqca qiymətli idi. Onlarla keçən xoş saatlar əbədi könlümə həkk olundu. Məhz Novruz Bayramı ərəfəsində keçən belə gözəl konsertimdən səmimi duyğularımla ayrıldım. Arzu edirəm ki, belə təşkilati işlər çox olsun. Sevə-sevə iştirak etməyə və onlar üçün nəğmələr ifa etməyə hər daim hazıram!"
Bu da Zamiqin uşaqlıq xəyalları. "Yuxu kimi arzu və gerçək olan duyğular... "!
Aysel





Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır