ÜST-dən xəbərdarlıq: Bu qidalar ölüm riski yaradır - Nələrə diqqət yetirməliyik?

ÜST-dən xəbərdarlıq: Bu qidalar ölüm riski yaradır - Nələrə diqqət yetirməliyik?Sağlamlığı qorumaq və xəstəliklərə qarşı daha davamlı immuntetə sahib olmağın özümüzdən asılı olan ən asan yolu qidalanmaya diqqət etməkdən keçir.
Məxtəbdə olan bəzi qidalar xəstəliklərin artmasına səbəb olur.
KONKRET.az-ın xəbərinə görə, sənaye üsulu ilə hazırlanmış trans yağlarının zərərləri artıq danılmaz fakta çevrilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu yağların tamamilə aradan qaldırılması üzərində işləyir.
ÜST-ün açıqlamasına görə, bu yağları istehlak edən 5 milyarda yaxın insan ürək xəstəliklərindən əziyyət çəkir və ölüm riski artıb.
İnsan sağlamlığı üçün təhdid yaradan ən təhlükəli qidalar isə yağda qızardılanlardlır.
Restoranlarda bir dəfə istifadə edilmiş yağın dəyişdirilmədən uzun müddət istifadəsi xəstəliyə yoluxma riskini daha da artırır. Ən sağlam qızardılmış qida az miqdarda zeytun yağı ilə, unsuz və qısa müddətdə hazırlanan qida hesab olunur.
Şəkər çuğundurundan əldə edilən, tərkibi fruktoza və qlükozadan ibarət olan ağ şəkər qaraciyərdə problemlərin yaranmasına gətirib çıxarır. Ağ şəkər istifadəsini azaltdıqda orqanizm taxıl və paxlalı bitkilərdən şəkəri sağlam formada alır və şəkər ehtiyacını qarşılayır.
Ən zərərli qidalardan hesab olunan süni dadlandırıcıların yerinə kakos şəkəri, ağcaqayın siropu və bal kimi təbii dadlandırıcılardan istifadə məqsəduyğun hesab olunur.
ÜST gündə 25 qramdan çox olmayan şəkər istifadəsini normal hesab edir.
Yüksək fruktozalı qarğıdalı siropu, aspartam, fenilalanin, saxaroza, ageve, kalium bromat, süni rəngləndiricilər, bromlu bitki yağı, BHA və BHT ən zərərli qida əlavələrdir.
Qablaşdırılmış qidaların əksəriyyətinin saxlama müddətini uzatmaq üçün onlara əlavə edilən zərərli maddələr həmin qidaların təhlükə riskini artırır.
Məsələn, çipslərdə olan monosodium glutamat hətta siqaretə aludəçilik yarada bilir. Hazır çipslər əvəzinə sobada incə doğranmış kartofdan və ya lavaşdan təbii çipslər hazırlamaq tövsiyə edilir.
Hamımıza məlumdur ki, bütün yağlar içərisində marqarin ən zərərlisidir. Marqarin yerinə mümkün qədər təbii bitki yağlarından istifadə etmək daha məqsədəuyğundur.
Plova, şorbaya və bir çox xörəklərə qatılan bulyonun orqanizmə vurduğu ziyan gözardı edilməyəcək qədər ciddidir.
Bulyonların tərkibində Mono natrium glutamat (MSG) adlı zərərli maddə var. Çin duzu adlanan bu maddə mütəxəssislər tərəfindən təhlükəli sayılır. Onun istehlak edilməsi ürək ritmini pozulmasına, nəfəs darlığına səbəb olur, hətta Alzheimer kimi xəstəliklərə gətirib çıxara bilir.
Aygün Mirakif,
KONKRET.az

Sağlamlıq       Tarix: 19 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır


son xeberler azerbaycan xeberleri yeni xeberler şou biznes xəbərləri cəbhədən yeni xəbərlər iqtisadiyyat xeberleri bugun xeber.az