ÜST həyəcan təbili ÇALIR: Trans yağlar Azərbaycanda insanları ÖLDÜRÜR

ÜST həyəcan təbili ÇALIR: Trans yağlar Azərbaycanda insanları ÖLDÜRÜRTrans yağlar Azərbaycanda insanları öldürür.
KONKRET.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST bildirir ki, dünyada beş milyard insan zərərli trans yağların (trans yağ turşuları – red.) təsirindən qorunmur. Bu da ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskinin kəskin artmasına səbəb olur. Azərbaycan trans yağların istehlakına qarşı heç bir tədbir görülmədiyi ən "təhlükəli" doqquz ölkə sırasındadır.
Trans yağlar heyvanların orqanizmində mövcud olan doymamış yağlar qrupudur (onlar ümumi göstəricinin kiçik bir hissəsini təşkil edir və insan sağlamlığı üçün ciddi təhlükə törətmir), həm də sənaye üsulu ilə istehsal olunur. Ən böyük təhlükəni məhz süni trans yağlar, eləcə də onların istifadə olunduğu məhsullar təşkil edir. Əsasən, söhbət yarımfabrikatlardan, un məmulatlarından və bitki mənşəli yemək yağlarından gedir.
ÜST-nin hesabatına görə, dünyanın qırx üç ölkəsi artıq trans yağlarla mübarizə üçün yüksək effektiv tədbirlər həyata keçirərək 2,8 milyard insanı bu təhlükədən azad edib. Lakin trans yağlar hələ də qlobal səhiyyə sistemi üçün təhlükə yaradır.
Təşkilat bildirir ki, onların törətdiyi ürək-damar xəstəlikləri hər il dünyada yarım milyona qədər qəfil ölümə səbəb olur.
Hesabatda ÜST-nin rəhbəri Tedros Adanom Qebreyesusun fikri yer alıb. O, trans yağların qlobal səhiyyə sisteminə böyük ziyan vurduğunu və bunun nəticəsində onların aradan qaldırılmasının iqtisadi cəhətdən faydalı olacağını iddia edir.
Hesabata görə, trans yağların birbaşa səbəb olduğu ürək-damar xəstəliklərindən ən çox ölüm hallarının qeydə alındığı on altı ölkədən doqquzunda bu təhlükəyə nəzarət yoxdur. Onların arasında Azərbaycan, Avstraliya, Butan, Ekvador, Misir, İran, Nepal və Cənubi Koreya var.
Xuraman Etibarlı,
KONKRET.az

Sağlamlıq       Tarix: 25 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə


azerbaycan xeberleri yeni xeberler son xeberler hava xəbərlər.com sou xeberler valyuta mezennesi banklar