ÜST onlayn dərslərin uşaqların psixi sağlamlığına təsirini qiymətləndirib
ÜST onlayn dərslərin uşaqların psixi sağlamlığına təsirini qiymətləndirib
COVID-19 pandemiyasına görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər, o cümlədən onlayn təhsilə keçid uşaqların psixi sağlamlığına mənfi təsir edə bilər, lakin bunun uzunmüddətli nəticələri hələ araşdırılmalıdır.
"RİA Novosti"nin məlumatına görə, bu barədə ÜST-ün psixoaktiv maddələr və addiktiv davranış sahəsində mütəxəssisi Vladimir Poznyak bəyan edib.
Onun sözlərinə görə, uşaqlar və yeniyetmələr COVID-19 pandemiyasının psixososial təsirinə qarşı xüsusilə həssasdır, çünki uşaqlıq və yeniyetməlik neyrobioloji, davranış və sosial inkişafın kritik dövrləridir.
"Yeniyetməlik dövründə həmyaşıdlarla qarşılıqlı əlaqə, onların təsdiqi və təsiri xüsusilə vacibdir. Fiziki uzaqlaşdırma tədbirləri və COVID-19-un ötürülməsinin qarşısını almaq üçün tətbiq olunan qadağalar uşaqların yaşıdları ilə qarşılıqlı əlaqə qabiliyyətini azaldır, bu da onların psixoloji sağlamlığına təsir göstərə bilər", - deyə Poznyak bildirib.
Onun sözlərinə görə, bir tərəfdən də fiziki uzaqlaşmanın bəzi mənfi təsirlərini rəqəmsal texnologiya azalda bilər.
"Gənclər, məsələn, videoçatlarda dostları ilə ünsiyyət qura və təhsillərini onlayn olaraq davam etdirə bilər, bu müddətdə evdə qalmaq valideynlər, bacı-qardaşlarla oyun və əlaqə imkanlarını genişləndirir".
Mütəxəssis bununla belə internet üzərində sosial ünsiyyətin müəyyən risklər daşıdığını vurğulayıb.
Poznyak yekunda bildirib ki, COVID-19 tərəfindən ortaya çıxan sosial qarşılıqlı dəyişikliklərin uşaqların və yeniyetmələrin inkişafına, onların psixi sağlamlığına uzunmüddətli təsiri araşdırılmalıdır. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb