ÜST-ün Azərbaycandakı rəsmisindən həyəcan təbili: 'Xəstələnənlərin sayı artır

ÜST-ün Azərbaycandakı rəsmisindən həyəcan təbili: 'Xəstələnənlərin sayı artır"Epidemioloji vəziyyətlə əlaqədar bir az rahatlanmalar başladığı və məhdudiyyətlərin yumşaldılması zaman COVID-19-a yoluxma hallarının artacağını təxmin edirdik. Bu, bütün dünyada belə oldu".
Azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
Onun sözlərinə görə, ÜST bunun data bazasını toplayır: "Məlumdur ki, nə qədər çox sərt tədbir alınırsa, yoluxma sayı bir o qədər azalır. Nə qədər çox yumşalmalar olarsa, yoluxma sayları bir o qədər artır. Bu, pandemiyanın bitmədiyi anlamına gəlir. Lakin hər zaman eyni təzyiqi göstərərək insanlarla davranmaq olmaz. Bu işin iqtisadi, sosial, psixoloji və s. tərəfləri də var. Hökumətlər, o cümlədən Azərbaycan hökuməti ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq bəzi məhdudiyyətləri yumşaltmaq qərarına gəldilər. Bu, bir az özümüzə gəlməmiz üçün önəmli bir fürsətdir".
ÜST rəsmisi qeyd edib ki, təxminən son bir ayda yoluxma saylarında sürətli şəkildə artım müşahidə olunur: "Bu müddətdə COVID-19-a gündəlik yeni yoluxma halları 10 dəfə artıb. Yoluxma halları hətta ikirəqəmli ədədlərlə ifadə olunurdu, hazırda isə 1000-dən çoxdur. Azərbaycanda hər gün təxminən 10 min civarında diaqnostik test icra olunur. Aparılan testlər arasında pozitiv nəticələrin payı 2 faizdən 13 faizə qədər artıb. Bu, o deməkdir ki, əhali arasında koronavirusla xəstələnənlərin sayı artır".
"Laboratoriyalarda aparılan testlərdə ölkədə koronavirusun "delta" variantının olması təsdiqini tapıb. Yoluxma sayları da artır. Hər iki vəziyyət bizə deyir ki, bu iş bitmədi. Əgər tədbir görməzsək, sentyabrdan başlayaraq yenidən gündəlik yüksək rəqəmlərin şahidi ola bilərik. Onu da qeyd edim ki, havanın temperaturunun koronavirusun yayılmasına heç bir təsiri yoxdur. Lakin payız mövsümündə hava soyuduqca vətəndaşlar qapalı məkanlara üz tutacaq, qapı-pəncərələr bağlanacaq və hava dövriyyəsi azalacaq. Bütün bunların yoluxma hallarının artımına səbəb olduğu məlumdur", - deyə H.Harmancı əlavə edib.

Sosial       Tarix: 11 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal maraqlı xəbərlər sonxeberler en yeni xeberler