Uzun çəkən COVID-19 getdi, indi qripdən narahat olmaq vaxtıdır
Uzun çəkən COVID-19 getdi, indi qripdən narahat olmaq vaxtıdır
Mövsümi qrip təhlükəsinə görə artıq COVID-19-u üstələyib və eyni ölümcül fəsadlara malikdir.
Bu barədə koronavirusun qriplə yanaşı uzunmüddətli təsirlərini öyrənən Vaşinqton Universitetinin Tibb Məktəbinin tədqiqatçıları xəbərdarlıq ediblər. Araşdırmanın nəticələri "Lancet" jurnalında dərc olunub.
Tədqiqatlar göstərib ki, qrip koronavirusa bənzər uzunmüddətli simptomlara səbəb ola bilər.
Mütəxəssislər mövsümi qrip və ya koronovirusla xəstəxanaya yerləşdirilən xəstələrin növbəti 18 ay ərzində ölüm riski daşıdığını bildiriblər. Ən riskli görünənlərin isə respirator problemləri olub.
"Pandemiyadan öyrənilən əsas dərs odur ki, əvvəlcə yalnız qısamüddətli olduğu düşünülən hər bir infeksiya xroniki xəstəliyə də səbəb ola bilər", - deyə mütəxəssislər vurğulayıblar.
Alimlər 90 mindən çox pasiyentin ölüm, xəstəxanaya yerləşdirmə və fəsadları ilə bağlı qeydini təhlil və müqayisə ediblər. Nəticələrə görə, hər iki virus üçün ən böyük risk ilkin yoluxmadan 30 gün sonra görünüb.
"Əlbəttə, koronavirus mövsümi qripdən daha çox sağlamlıq itkisi riski daşıyır. Ancaq onların hər ikisi ciddi əlillik və xəstəliklə nəticələnə bilər", - deyə alimlər vurğulayıblar. / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR