Vadim Dubnov: "Paşinyan indi ən rahat fiqurdur

Vadim Dubnov: "Paşinyan indi ən rahat fiqurdurVadim Dubnov: "Paşinyan indi ən rahat fiqurdur"
Ermənistanın müharibədə məğlub olmasına baxmayaraq, Nikol Paşinyan hakimiyyətini qorumaq üçün hələ də müqavimət göstərir. Bu, müxalifətin zəifliyindəndir, yoxsa xarici qüvvələrin dəstəyi rol oynayıb?
Tanınmış analitik, Qafqaz üzrə ekspert, "Azadlıq" radiosunun köşə yazarı Vadim Dubnov Media.Az-a bununla bağlı şərh verib.
"Əlbəttə, Ermənistanda müxalifət zəifdir, hansı ki, ümumi narazılıq və hətta məğlubiyyət fonunda ortaq bir gündəm qura bilmədi. Ötən ilin noyabrında həqiqətən elə görünürdü ki, Paşinyan müqavimət göstərə bilməyəcək. Amma müxalifət hər şeyin artıq həll olunduğunu düşünərək xüsusi bir fəaliyyət göstərmədi və yanıldı. Sadəcə bəzi gizli qaynaqlar cəlb edildi və məğlubiyyət mövzusu, Ermənistan rəhbərliyinin sistem səhvləri "xəyanət", "cəbhədə səhv davranış" və "mövqelərin təslim edilməsi" mövzusu ilə əvəz olundu", - deyə Dubnov bildirdi.
Müsahib bildirdi ki, Ermənistanda isə hər kəsə vəd olunan qələbə gözlənilirdi, həmçinin müharibənin başlanılmasına qətiyyətlə qarşı olanlarla "yenilməz Ermənistanın" müharibədə qələbəsinin zəruriliyini iddia edənlər arasında polemikalar yaşandı və bütün bunlar müəyyən dərəcədə Nikol Paşinyanı xilas etdi.
"Küçələrə Ermənistan baş nazirini xəyanətdə günahlandıranlar axışırdı. Ancaq əksəriyyət buna dəstək vermədi, çünki anlayırdılar ki, müharibənin davam etməsi yeni qurbanlar, yeni itkilər demək idi. Beləliklə, Paşinyanın müharibədən əvvəl buraxdığı səhvlərə baxmayaraq, cəmiyyətin əhəmiyyətli bir hissəsi hərbi fəaliyyətlərin dayandırılmasına razılaşdığı üçün ona minnətdardır. Bax burada müxalifət yanıldı", - deyə ekspert vurğuladı.
Analitik digər vacib məqam kimi Ermənistanda "hökumət sükanı"nı yola "atılıb qalan zaman" heç kimin onu ​​qaldırmağa cürət etməməsini göstərdi.
"Bir az ağalıq etməyə hazır olan Vazgen Manukyan var idi. Ancaq yenə də keçən ilin noyabr-dekabr aylarında çox az adam ölkəyə rəhbərlik etmək istəyirdi, çünki bu, gələcək siyasi perspektivlərinə son qoymaq demək idi".
Dubnov üçüncü vacib məqam kimi Moskvanın baş nazirə dəstəyini və Bakıya Paşinyanın sərf etməsini göstərdi:
"Onunla işləmək daha rahatdır, azı ona görə ki, Paşinyana bundan daha pis heç nə ola bilməz. Hələ həll olunmamış qalan bütün çətin məsələləri də onunla razılaşdırmaq rahatdır".
Bəs görəsən indiki baş naziri əvəzləyə biləcək Ermənistanın yeni lideri müqavilələrdən imtina edə bilərmi?
Müsahib bunu qətiyyətlə mümkün olmadığın deyərək, yeni hökumət başçısının bütün "Moskva təklifləri" ilə razılaşacağını bildirdi.
"Ancaq hakimiyyəti, yeni danışıqları möhkəmləndirmək üçün vaxt lazımdır. Beləliklə, təkrar edirəm, Paşinyan indi ən rahat fiqurdur", - deyə Vadim Dubnov sözlərini yekunlaşdırdı. /oxu.az

Siyasi       Tarix: 29 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti


azerbaycan xeberleri son xeberler yeni xeberler apa.az xeberler ən son xeberler cəbhədən son məlumatlar krimnal bugun