Vahid Ələkbərov: "Neft bazarı 2020-ci ildə və 2021-ci ilin birinci yarısında balanslaşdırılacaq" - VİDEO

Vahid Ələkbərov: "Neft bazarı 2020-ci ildə və 2021-ci ilin birinci yarısında balanslaşdırılacaq" - VİDEO"Neft bazarı 2020-ci ildə və 2021-ci ilin birinci yarısında balanslaşdırılacaq".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov "Rossiya 24" telekanalına müsahibəsində deyib.
O bildirib ki, Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ-ın səyləri dünya neft bazarında ucuz qiymətlər probleminin birgə həllinə kömək göstərəcək: "Çünki, 1 milyard barelədək yığılmış neft ehtiyatları satılmalıdır. Bundan sonra da hasil olunacaq neft həcmləri də öz alıcılarını tapmalıdır".
V.Ələkbərovun sözlərinə görə, bugünkü vəziyyət heç nə ilə müqayisə oluna bilməz: "Tələbin bu cür - ənənəvi yanacaq növlərinə orta hesabla 40-50 faiz, aviasiya kerosininə 75-80 faiz azalması heç vaxt olmayıb. Bu gün istehlak dayanıb. Belə bir şey heç vaxt olmayıb. Hətta 2008-ci ildə, neft kəskin ucuzlaşanda tələbat azalmadı. 1998-ci ildə də qiymətlər 9 dollaradək azalmışdı, amma tələbat çox yüksək idi. Bu gün yeni səhifə yazılır. Bu gün bizim üçün önəmli olan qiymətlərin dinamikasından daha çox, normal tələbatın bərpa olunması, həm Rusiya, həm də Avropa və Amerika bazarlarında məhdudiyyətlərin qaldırılmasıdır. Bu məhdudiyyətlər qalxandan sonra biz tələbin artmasına yönəlmiş model quracağıq".
O qeyd edib ki, "Lukoyl" neft qiymətlərinin 9 və 11 dollar olduğu şəraitdə işləyib: "Hər şey investisiyalardan asılıdır. Biz Rusiya ərazisində 9 və 11 dollar qiymət şəraitində kifayət qədər rahat işləyə bilərik. Bu gün Rusiyada qüvvədə olan vergi siyasəti investorların müdafiəsinə xidmət edir. Biz enerji ehtiyatlarının ən aşağı qiymətləri fonunda belə rəqabətqabiliyyətli olacağıq".
Milli.Az

/news.milli.az

İqtisadiyyat       Tarix: 27 aprel 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu qun son xabar bugunun xeberleri xeberler bugun 2026