Vaksini əvəz edəcək preparat hazırlanır
Vaksini əvəz edəcək preparat hazırlanır
Avstraliyalı alimlər COVID-19-un profilaktikası və müalicəsi üçün peyvəndlər əvəzinə istifadə edilə biləcək iki yeni preparat hazırlayıblar.
TASS-ın məlumatına görə, bu barədə Brisbendə yerləşən Berghofer Tibbi Tədqiqat İnstitutunun alimləri "Nature Cell Discovery" elmi jurnalında məqalə dərc ediblər.
Tədqiqatçıların sözlərinə görə, COVID-19 ağır formalarının qarşısının alınması və müalicəsi üçün hazırlanan hər iki dərman SARS-CoV-2 virusunun özünə deyil, hücum etdiyi hüceyrələrə təsir edir.
Preparat Fransada heyvanlar üzərində laboratoriya testlərindən keçib. İlkin nəticələr dərmanların istifadəsinin təhlükəsiz olduğunu və məhdud sayda yan təsirlərin aşkarlandığını göstərib.
Mütəxəssislər bildiriblər ki, klinik sınaqlar uğurlu alınarsa, birinci dərman infeksiyanın qarşısını almaq üçün peyvəndlə yanaşı, ikincisi isə artıq yoluxmuş xəstələrdə SARS-CoV-2 virusunun replikasiyasını dayandırmaq üçün istifadə edilə bilər.
Həmçinin o da qeyd edilib ki, hazırlanan preparatlar tibbi səbəblərdən vaksin vurdura bilməyənlərin koronavirusdan müdafiəsi üçün də istifadə oluna bilər.
Dərmanların COVID-19 xəstələrindən alınan qan nümunələri və hüceyrələr üzərində laboratoriya testləri zamanı artıq yüksək effektivlik göstərdiyi vurğulanıb. Bundan əlavə, preparatın xüsusi şəraitdə saxlanılmasına ehtiyac yoxdur. /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR