"Valideyn əlavə dil öyrənmək niyyəti ilə uşağı rus bölməsinə qoyur" - AÇIQLAMA + FOTO

"Valideyn əlavə dil öyrənmək niyyəti ilə uşağı rus bölməsinə qoyur" - AÇIQLAMA + FOTO
2023/2024-cü tədris ili üzrə rus bölməsi üzrə birinci sinfə 11 943, məktəbəhazırlıq qruplarına 5 568 uşaq qəbul olub.
Ötən 2022/2023-cü il tədris ilinin əvvəlində isə rus bölməsinə birinci sinfə 14 989, məktəbəhazırlıq qruplarına 6 168 uşaq qəbul olunub.
Rus bölməsinə hər il olduğu kimi bu ildə xeyli müraciət edənlər var. Ötən ilə nisbətən bir qədər azalma müşahidə olunur. Lakin tələbat var. Buna baxmayaraq rus bölməsi ilə bağlı hər zaman fikir ayrı-seçkiliyi var. Bunu da rus bölməsində müəllim çatışmazlığı və təhsilin zəif olması ilə əlaqələndirirlər.
Bəs görəsən, rus bölməsinə marağın əsas səbəbi nədir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Musa Qasımlı rus bölməsində təhsil almağa meylin olmasının bir sıra səbəblərini açıqlayıb:
"Təhsil haqqında qanunda dövlət dilimiz Azərbaycan dili ilə yanaşı digər dillərdə də tədrisin təşkili nəzərdə tutulub. Belə dillərdə təşkil olunan bölmələrdən biri də rus bölməsidir. Azərbaycan bölməsində olduğu kimi rus bölməsində də tədris Elm və Təhsil Nazirliyinin hazırladığı və təsdiq etdiyi tədris proqramlarına, dərslik və dərs vəsaitlərinə uyğun olaraq həyata keçirilir.
Ölkəmizdə rus bölmələrində təhsil almağa meylin olmasının bir sıra səbəbləri var. Valideynlər elə hesab edirlər ki, dövlət büdcəsi ilə maliyyələşən məktəblərdə övladları əlavə dilə yiyələnəcəklər. Valideynlər övladının gələcəyi barədə düşünürlər. Düşünürlər ki, onlar orta məktəbi bitirdikdən sona bəlli bir ərazidə ölkəmizdən xaricdə gedib, işləyə bilərlər. Dil bilmək yaxşı olsa da, amma təhlükəsizliyimiz baxımından bəzi təhdidlər doğura bilir. Bu, müəyyən qurumlar üçün münbit şəraitin yaradılması deməkdir.  Hesab edirəm ki, bu sahədə geniş təbliğat işlərinin aparılmasına ehtiyac var".
Təhsil eksperti Qoşqar Məhərrəmov cəmiyyətimizdə ana dilinin əhəmiyyətini başa düşməyən bir qrup insanların olduğunu qeyd edib:
"Ana dili milli vətənpərvərlik cəhətdən önəmlidir. Uşaq ilk vaxtlarda ana dilində təhsil almadıqda daha sonra fənni mənimsəyə bilmir. Uşaq bilmədiyi dildə məktəbə başlayanda ona bir-iki il vaxt lazımdır ki, mənimsəsin. Bu barədə şahidi olduğum hadisə də var. Valideyn əlavə dil öyrənmək niyyəti ilə uşağı rus bölməsinə qoyur. Özləri də bəzən heç evdə rus dilində danışmırlar. Uşaq da rus dilini bilmir. Nəticədə dili öyrənə bilmir".
"Rus dilini xarici dil kimi öyrənmək lazımdır. İnsan nə qədər çox dil bilsə, yaxşıdır. Sırf əlavə dil bilmək cəhətdən qoymaq aktuallığını itirmiş fikirdir. İnsanın ana dilində danışması çox vacibdir. Dünyanın bütün ölkələrində belədir. Ana dilinə sahib çıxırlar. Bir çoxları başa düşmürlər. Başa düşmədikləri üçün bu addımları atırlar. Valideynləri maarifləndirmək lazımdır ki, rusdilli bölmələr rusdillilər üçündür. Rus dili öyrənmək üçün deyil. Düşünürəm  ki, Azərbaycan bölmələrində rus və ingilis dilinin keyfiyyəti artmalıdır. Bilməlidirlər ki, övladları rus bölməsinə getməsələr də, dili öyrənə bilərlər", - deyə Q.Məhərrəmov əlavə edib.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva qeyd edib ki, artıq rus bölməsində təhsil almaq istəyən uşaqlar əvvəlcədən müsahibədən keçirlər:
"Rus bölməsinə daxil olan uşaqlar üçün əvvəlcədən müsahibə var. Əgər uşaq həqiqətən rus dilində sərbəst danışırsa, düşüncələrini və fikirlərini rus dilində izah edə bilirsə, o zaman rus bölməsinə sənəd verə bilərlər. Tamamilə rus dilində danışa bilməyənləri qəbul etmirlər. Komissiya tərəfindən uşağın dil biliyi araşdırılır. Bu hal çox gözəldir".
K.Əliyeva valideynin dil biliyinin olmamasının uşaqlar üçün gələcəkdə çətinlik yaratdığını əlavə edib:
"Çox vaxt ailədə nə valideyn, nə də uşaq rus dilində danışa bilmir. Gələcəkdə çətinlik yaranır. Evdə də valideyn bilmədiyi üçün övladı ilə məşğul ola bilmir. İndi ölkədə ingilisdilli və fransızdilli məktəblər fəaliyyət göstərir. Valideynlər uşaqlarını həmin məktəblərə göndərirlər. Yəni təkcə tələbat rus bölməsinə deyil.
Ümumiyyətlə, uşaq yaşlarında dili daha tez öyrənmək olur. Hər bir insan da nə qədər çox dil bilsə, o qədər dünyagörüşünə təsiri olacaq. 21-ci əsrdə yaşayırıq. Bununla dünya arenasına daha yaxşı çıxış əldə edə bilərik. Uşaqlar üçün dil biliyinin olması müsbət haldır. Uşağın rus bölməsində və digər dil üzrə məktəblərdə təhsil almasında qəbahət yoxdur. Əksinə nə qədər çox dil bilsələr, bu onların gələcək inkişafına müsbət təsir göstərəcək".
Nəzrin Vahid

Maraqlı       Tarix: 13 sentyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbərlər 2026 son xeberler bugun 2026 azerbaycan son xeber 2026 xeber.az