Valideynlərə xəbərdarlıq: Uşaqlarda buna diqqət edin

Valideynlərə xəbərdarlıq: Uşaqlarda buna diqqət edinSon illər sosial şəbəkələrdə azyaşlı uşaqların yaşlarına uyğun olmayan davranışlarla təqdim edilməsi cəmiyyətdə ciddi narahatlıq doğurur. Saç boyatma, süni dırnaq qoyma, ağır makiyaj və "böyüklər kimi" görüntülərin uşaqlara böyüklər tərəfindən aşılanması uşaqlığın  erkən mərhələdə əlindən alınması kimi qiymətləndirilir.
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov azxeber.com-a açıqlamasında deyib ki, sözügedən məsələ uşağın psixoloji inkişafına birbaşa təsir edən çox ciddi və çoxqatlı problemdir:
"Bu mövzu təkcə estetik və ya dəb məsələsi deyil, uşağın psixoloji inkişafına birbaşa təsir edən çox ciddi və çoxqatlı problemdir. Son illər sosial şəbəkələrin təsiri ilə azyaşlı uşaqların yaşlarına uyğun olmayan davranışları "normal" və hətta "cəlbedici" kimi təqdim olunur. Saç boyatma, dırnaq qaynağı, makiyaj, böyüklərə xas pozlar və danışıq tərzi uşaqlıq dövrünün təbii axarını pozan riskli tendensiyalardır. Psixologiyada uşaqlıq dövrü şəxsiyyətin əsaslarının formalaşdığı ən həssas mərhələ hesab olunur. Bu dövrdə uşaq özünü kəşf etməli, oyun vasitəsilə dünyanı anlamalı, emosiyalarını təhlükəsiz şəkildə ifadə etməyi öyrənməlidir. Uşağın bu mərhələdə "böyüklər kimi görünməsi" və ya "böyüklər kimi davranması"na yönəldilməsi onun daxili inkişaf ritmini pozur".
Psixoloq vurğulayıb ki, böyüklərə xas davranışlar uşağın psixikasında vaxtından əvvəl gərginlik yaradır:
"Xarici görünüş üzərindən kimlik formalaşdırmağa başlayan uşaq zamanla öz dəyərini də yalnız görünüş, bəyənilmə və təsdiqlənmə ilə ölçməyə başlayır. Bu prosesin ən təhlükəli tərəfi ondan ibarətdir ki, uşaq hələ emosional olaraq hazır olmadığı rolları daşımağa məcbur qalır. Böyüklərə xas davranışlar uşağın psixikasında vaxtından əvvəl gərginlik yaradır. Bu isə gələcəkdə emosional tükənmə, özünə inamsızlıq, bədən imici pozuntuları, sosial narahatlıq və daxili boşluq hissi kimi problemlərlə özünü göstərə bilər. Uşaq zahirən "böyük" görünsə də, daxilən özünü güvənsiz və qorunmamış hiss edir".
Ekspert qeyd edib ki, burada əsas məsuliyyət böyüklərin üzərinə düşür:
"Valideynlər, yaxın ətraf və hətta sosial media platformalarında kontent yaradan şəxslər uşağa ötürdükləri mesajların fərqində olmalıdırlar. Uşaq valideynin dediyini yox, gördüyünü təkrarlayır. Əgər valideyn üçün əsas dəyər gözəllik, estetik görüntü və sosial şəbəkə reaksiyalarıdırsa, uşaq da özünü sevilməyə layiq hiss etmək üçün bu yolla getməyə çalışacaq. Bu isə uşağın daxili dünyasının kölgədə qalmasına səbəb olur. Unutmaq olmaz ki, uşaqlıq bir dəfə yaşanır və geri qayıtmır. Uşağın uşaq kimi qalmaq hüququ var. Onun oyun oynamaq, səhv etmək, sadə olmaq, fantaziya qurmaq haqqı var. Bu haqqı əlindən almaq, onu böyüklərin dünyasının qayğıları və estetik standartları ilə erkən yaşda üz-üzə qoymaq psixoloji baxımdan ciddi risk daşıyır. Valideynin əsas vəzifəsi uşağı "gözəl göstərmək" yox, onu emosional olaraq güclü, özünü dəyərli hiss edən və sağlam şəxsiyyət kimi böyütməkdir".
Şahanə Ziyad

Sosial       Tarix: 26 dekabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Naxçıvanın büdcəsində 60 milyon manatlıq fərq - nə dəyişir?

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində həyata keçirilən kadr və struktur islahatlarının əsas məqsədinin qədim diyarın davamlı inkişafını təmin etmək, insanların rahat, təhlükəsiz və firava

ƏMAS-da gecə işlərinə nəzarət gücləndirilir – Yeni xəbərdarlıq sistemi yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) gecə vaxtı görülən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı istifadəyə verilib. xəbər verir ki, yeni funksiya işəgötürənlər

Avro və rubl ucuzlaşdı

Avqustun 11-də Azərbaycanda əsas xarici valyutaların manata qarşı rəsmi məzənnəsi açıqlanıb. KONKRET.azMərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, 1 ABŞ dolları 1,700 manat səviyyəsində qalıb. 1 avro 1,9622 manata, 10

Qazaxıstan neft ixracını Azərbaycan üzərindən həyata keçirməyi nəzərdən keçirir

Qazaxıstan iyul ayında Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) fəaliyyətində yaranan fasilələr səbəbindən neft ixracının bir hissəsini alternativ marşrutlara yönəldib. apa-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanı

Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - Detallar

Nəqliyyat vasitələrinin idarə edilməsi və sürücülük hüququnun rəsmiləşdirilməsi məsələləri Azərbaycan qanunvericiliyində konkret normativ aktlarla tənzimlənir. Müəyyən bir yaş həddinə çatmış, xüsusilə ahıl və yaşlı kateqoriyada

Arıqlamaq istəyənlər bu 11 qidadan uzaq olmalıdır

Arıqlamaq istəyənlərin çoxu yalnız kalori hesabına diqqət yetirir. Lakin mütəxəssislər bildirirlər ki, qəbul edilən qidaların tərkibi də çəki itkisinə ciddi təsir göstərir. Şəkər, təmizlənmiş karbohidrat və yağla zəngin

Elektron attestatlar almaq istəyən məzunların nəzərinə

Ümumi təhsil müəssisələrinin məzunlarına elektron attestatlar təqdim olunur. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsi

Kanalda batan Aminin meyiti tapıldı

Beyləqanda kanalda batan 21 yaşlı Amin Əhmədovun meyiti tapılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə avqustun 6-da rayon ərazisindən keçən "Yeni Xan Qızı" adlı kanalda baş verib. Aparılan axtarış-xilasetm

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.44% artaraq 4.461 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.94% bahalaşara


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az son.xeberler futbol xeberleri gunun xeberleri