Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu təyinatla Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə rəhbərlik edən qadın səfrilərinin sayı bir nəfər də artıb.
Hazırda Azərbaycanın xarici ölkələrdə 70 səfirliyi fəaliyyət göstərir. 
Onlardan 3-nə qadın diplomatlar rəhbərlik edir.
azxeber.com Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə rəhbərlik edən qadın səfirləri təqdim edir:
Hazırda Azərbaycanı diplomatiya sahəsində təmsil edən qadın səfirlərdən biri Fransada fəaliyyət göstərir.
Prezident İlham Əliyevin 17 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Leyla Abdullayeva Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. 2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub.
Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyində, Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyində və Avropa İttifaqı yanında nümayəndəliyində diplomatik fəaliyyət göstərib.
XİN-də bundan əvvəl Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb. Bu təyinatdan əvvəl isə XİN-in Mətbuat xidmətinin rəhbəri olub. Ailəlidir, iki övladı var.
Digər qadın səfir Macarıstanda fəaliyyət göstərir.
Prezident İlham Əliyevin 29 iyul 2026-cı il tarixli sərəncamı ilə Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?Esmira Cəfərova 1979-cu il mayın 24-də anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin məzunudur. Macarıstanın Mərkəzi Avropa Universitetində beynəlxalq münasibətlər və Avropa elmləri üzrə magistr dərəcəsi alıb.
Vyana Universitetində doktorantura pilləsini bitirib və siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Həmçinin Nyu-Yorkda yerləşən Kolumbiya Universitetində ziyarətçi elmi işçi kimi fəaliyyət göstərib.
E.Cəfərova diplomatik fəaliyyətə 2001-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyində başlayıb. 2016-cı ilə qədər Azərbaycanın Avstriyadakı səfirliyində, ATƏT yanında missiyasında və Azərbaycanın BMT-dəki Daimi nümayəndəliyində çalışıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olduğu dövrdə təhlükəsizlik məsələlərindən məsul olub, Yaxın Şərq məsələləri üzrə ekspert kimi fəaliyyət göstərib. 2014-2016-cı illərdə Azərbaycan XİN-in Hərbi-siyasi məsələlər idarəsində NATO/SNT şöbəsinin müdiri olub. 2016-2017-ci illərdə ADA Universitetində baş müəllim kimi çalışıb, xarici siyasətin təhlili, xarici siyasət nəzəriyyəsi və beynəlxalq təhlükəsizlik fənlərindən dərs deyib. 
2017-2019-cu illərdə Energetika Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, nazirin xarici məsələlər üzrə müşaviri vəzifələrində çalışıb.
2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin olunub və 2024-cü ilin iyulunadək bu vəzifədə çalışıb. Bu dövrdə xarici siyasət sahəsində çoxsaylı məqalələr yazıb, nüfuzlu xarici media qurumlarına müsahibələr verib. 44 günlük Vətən müharibəsi dövründə ekspert kimi fəal olub.
Azərbaycanın ən yeni qadın səfiri Nərminə Mustafayevadır.
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Nərminə Mustafayeva bu təyinata qədər Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrində çalışıb. O, 2020-ci il iyulun 28-də baş konsul təyin edilmişdi. Nərminə Mustafayeva 6 il İstanbulda baş konsul vəzifəsində çalışıb. 27 iyul 2026-cı il tarixində isə geri çağırılıb.
Qeyd edək ki, Nərminə Mustafayeva keçmişdə jurnalist kimi də fəaliyyət göstərib.
Belə ki, o, 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərində ANS televiziyasında müxbir kimi çalışıb, "Xəbərçi" proqramının aparıcısı olub. Həmin dövrdə Nərminə Rüstəmova soyadı ilə tanınan telejurnalist daha sonra Prezident Administrasiyasının Protokol xidmətində çalışıb. Ailə qurduqdan sonra Mustafayeva soyadını götürüb.
Onun rəsmi tərcümeyi-halına görə, diplomatik karyerasına başlamazdan əvvəl Nərminə Mustafayeva 15 ildən artıq müddətdə Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətində çalışıb. Dövlət strukturlarında fəaliyyətə başlamazdan əvvəl isə dövlət və müstəqil media və yayım şirkətlərində jurnalist, aparıcı-redaktor kimi işləyib. ABŞ-ın Virciniya ştatında yerləşən Old Dominion Universitetində beynəlxalq biliklər üzrə magistr dərəcəsi alan Nərminə Mustafayeva, həmçinin Azərbaycan Dillər Universitetinin məzunudur. O, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2018-ci ildə Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib. Nərminə Mustafayeva Naxçıvan şəhərində anadan olub. Evlidir, üç övladı var. İngilis, rus və türk dillərini bilir.
Fəridə Əsədzadə

Siyasi       Tarix: 12 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Kreml nöqtəni qoydu: "Qara dənizdəki gəmilər məhv ediləcək"

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin Qara dənizdəki gəmilərə qarşı zərbələri davam etdirəcəyini bəyan edib. xəbər verir ki, Kreml rəsmisi çox sayda kommersiya gəmisinin Ukrayna Silahlı Qüvvələrini

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmail Uld Şeyx Əhmədə təbrik ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Hörmətli cənab Baş katib,. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsin

Diplomatlar Xudavəng monastır kompleksində - Fotolar

Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində diplomatik korpusun nümayəndələri sentyabrın 12-də Kəlbəcərə gəliblər.  AZƏRTAC-a istinadən xəbər verir ki, diplomatlar dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng monastı

Ceyhun Bayramov Mirzoyanla görüşəcək

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov yaxın zamanda erməni həmkarı ilə görüşəcək. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov məlumat verib. Nazir bildirib ki, xarici işlər naziri Ararat Mirzoyanla ən son Bişkekdə bi

"Ermənistanda bir diktatura - bir nəfərin hakimiyyəti qurulub" - Danielyan

2018-ci ildən əvvəl Ermənistanda bir çox çatışmazlıqlar var idi, amma indi baş verənlər bununla müqayisə edilə bilməz. KONKRET.azxəbər verir ki, bunu politoloq Stepan Danielyan sentyabrın 11-də siyasi mülahizələrə görə təqi

Peskov: "Dünya Avropa və ABŞ-dən ibarət deyil"

Dünya Avropa və ABŞ ölkələri ilə məhdudlaşmır. Qlobal çoxluq – həm cənubda, həm də şimalda yerləşən ölkələr – daha geniş və zəngin bir məkandır. KONKRET.azxəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Pesko

Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb

Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu "TEDY" adlı xarici yük gəmisi sentyabrın 9-da dron hücumlarına məruz qalıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hücu

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. KONKRET.azxəbər verir ki, məktubda deyilir:. "Hörmətli həmvətənlər!. Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətil

"Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq

"Bu, Şuşaya ilk səfərim deyil. Mən artıq 10 dəfədən çox Şuşa şəhərində olmuşam. Demək olar ki, Şuşaya vurulmuşam". xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmo


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam.az xeberler xankendi xabar az maliyye xeberler bugun