Vardanyana ən ağır cəzanın verilməsini istədilər

Vardanyana ən ağır cəzanın verilməsini istədilərAzərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 15-də davam etdirilib.
KONKRET.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib.
Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmədə zərərçəkmiş şəxslər İlqar Orucov, Mərdan Musayev, Anar Alıyev, Xəzri Əhmədov, Həsən Əliyev, Elşad Əhmədov, Fərid İlyaszadə, Təbriz Ramazanov, Saleh Həsənov, Cavid Mehdizadə, Əzizağa Qarayev, Nəriman İbrahimov və digərləri Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin müxtəlif istiqamətlərdə təxribatları zamanı yaralandıqlarını bildiriblər.
Zərərçəkmişlərdən Elvin Məmmədli ifadəsində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribat nəticəsində yaralanmış əsgəri sanitar maşınla təxliyə edərkən özünün də yaralandığını bildirib. O, sanitar maşının üzərində uzaqdan görünən qırmızı aypara işarəsi olmasına baxmayaraq, tank əleyhinə silahla vurulduğunu deyib.
Nizami Baxşəliyev dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab olaraq ön xətdən 7-8 kilometr geridə olarkən qarşı tərəfin atəşi nəticəsində yaralandığını bildirib və deyib: "Onların məqsədi torpaqları işğal etmək idi".
Ülvi Süleymanov isə özünün yaralandığını, döyüş yoldaşının isə şəhid olduğunu qeyd edərək bildirib: "Döyüş yoldaşlarımdan biri qucağımda can verdi".
İmran Həsənli isə dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman Ağdərə rayonunun Sırxavənd kəndində partlayış nəticəsində qrup komandiri ilə eyni vaxtda yaralandığını deyib.
Tural Məmmədzadə də Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən hərbi təxribat zamanı artilleriya atəşi nəticəsində Ağdamda qəlpə yarası aldığını söyləyib.
Anar Rəhimli dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab verərkən Ağdam rayonunun Yeddixırman ərazisində mülki şəxs kimi öz vəzifəsini icra edən zaman yaralandığını diqqətə çatdırıb. "Ermənistanın qanunsuz silahlı birləşməsinə rast gəldik. Onlar bizim avtomobili atəşə tutdular. Mən sol qolumdan güllə yarası aldım", – deyə o əlavə edib. Bildirib ki, nəticədə onun qolu sınıb, avtomobilin aşması nəticəsində isə sağ əlindən də sınıq xəsarəti alıb.
"Həmin vaxt bizim yanımızda hərbçilərimiz yox idi. Biz onları görərkən geri qayıtmaq istədik. Geri qayıdanda bizi atəşə tutdular. Onların atəşi qorxutmaq üçün deyildi, davamlı atəş açırdılar", – deyə o vurğulayıb.
Cavid Mehdizadə düşmənin Ağdamın Abdal-Gülablı kəndi istiqamətində təxribatı nəticəsində yaralandığını bildirib. O əlavə edib: "Yanımda iki döyüş yoldaşım şəhid oldu, bir neçə nəfər yaralandı. Xəsarət alarkən biz öz mövqeyimizdə idik. Qarşı tərəf mütəmadi olaraq təxribat törədirdi".
Valeh Nuriyev də düşmən tərəfin təxribatı zamanı yaralandığını bildirib.
Elşən İbrahimli Ağdamda snayper tüfəngindən açılan atəş nəticəsində yaralandığını söyləyib.
Zərərçəkənlərin hər biri təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib.
Prosesdə, həmçinin məhkəmə-tibbi ekspertizanın rəyləri açıqlanıb.
Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Vardanyana ən ağır cəzanın verilməsini istədilərVardanyana ən ağır cəzanın verilməsini istədilərVardanyana ən ağır cəzanın verilməsini istədilərVardanyana ən ağır cəzanın verilməsini istədilərVardanyana ən ağır cəzanın verilməsini istədilərVardanyana ən ağır cəzanın verilməsini istədilərVardanyana ən ağır cəzanın verilməsini istədilərVardanyana ən ağır cəzanın verilməsini istədilərVardanyana ən ağır cəzanın verilməsini istədilərVardanyana ən ağır cəzanın verilməsini istədilərVardanyana ən ağır cəzanın verilməsini istədilərVardanyana ən ağır cəzanın verilməsini istədilərVardanyana ən ağır cəzanın verilməsini istədilərVardanyana ən ağır cəzanın verilməsini istədilərVardanyana ən ağır cəzanın verilməsini istədilər

Siyasi     Baxılıb: 138   Tarix: 15 aprel 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Şeyxülislam regionda baş verən gərginliklə bağlı tərəfləri dialoqa çağırıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə regionda baş verən gərginliklə bağlı tərəfləri dialoqa çağırıb. xəbər verir ki, QMİ sədri bu barədə Ramazan bayramı namazından sonra jurnalistlər

Xarazi: "İran Trampa etibar etmədiyi üçün..."

İranın Ali Rəhbərinin xarici siyasət məsələləri üzrə müşaviri Kamal Xarazi Qərb mediasına verdiyi açıqlamada rəsmi Tehranın ABŞ-a qarşı kəskin mövqeyini əsaslandırıb. Xarazi bildirib ki, İranın hazırda apardığı müharibəni

Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası təsdiq edilib

"Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası" Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilib.  Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, Konvensiya 2015-c

İsrail İran generallarını necə MƏHV EDİR? - SENSASİON FAKTLAR

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İran daxilində yüksək vəzifəli şəxslərin ard-arda hədəfə alınması diqqət mərkəzinə çevrilib. Baş verənlər regionda kəşfiyyat savaşının hansı səviyyəyə çatdığını və təhlükəsizli

Fidandan SENSASİON AÇIQLAMA: ABŞ-İran müharibəsi bu tarixdə BİTƏCƏK

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fars körfəzi regionunda davam edən genişmiqyaslı müharibənin gedişatı və mümkün sonu ilə bağlı mühüm bəyanatlar verib. Nazir bölgədəki hərbi gərginliyin nə vaxt yekunlaşacağına dai

DİQQƏT: ABŞ-ın İrana qurudan hücumu bu tarixdə reallaşa bilər

"Reuters" nəşri yazıb ki, Tramp administrasiyası İranda quru əməliyyatının genişləndirilməsi variantlarını da müzakirə edir. Hörmüz boğazını quru qoşunları ilə ələ keçirmək mümkündürmü?. Mövzu ilə bağlı -a açıqlam

II İlya dəfn olunub, mərasimdə Sahibə Qafarova da iştirak edib - FOTOLAR

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin dəfn mərasimində iştirak etmək üçün Gürcüstanda səfərdədir

ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq

ABŞ-nin Bakıdakı səfirliyi Novruz və Ramazan bayramları münasibətilə 20-24 mart tarixlərində bağlı olacaq. xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında məlumat yayılıb. Qeyd olunu

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki reabilitasiya müəssisələrinin Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı əhalini


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun xəbərlər.com cebheden xeberler sosial yardim