Venesuelada benzin "El Petro" ilə satılacaq
Donald Trump administrasiyasının tətbiq etdiyi maliyyə sanksiyaları nəticəsində Venesuela ciddi yanacaq qıtlığı ilə üzləşib. Nəticədə Venesuela hökuməti vətəndaşların benzin almağa çəkdiyi xərclərin subsidiya edilməsi siyasətinə (benzin çox ucuz qiymətə satılırdı) son verməyə qərar alıb. Bundan sonra benzinin 1 litri 5000 bolivar və ya 2.5 sentə satılacaq. Bundan əlavə olaraq ölkə vətəndaşları benzin üçün milli kriptovalyuta olan "El Petro" ilə hesablaşa biləcək. Elan EL Petro-nu rəsmi saytında yerləşdirilib. Nicholas Maduro hökuməti ölkədəki bütün yanacaqdoldurma məntəqələrinə EL Petro-nu ödəniş vasitəsi kimi qəbul etməyi göstəriş verib. EL Petro bundan sonra dollar, avro və bolivar kimi qəbul edilməlidir.
Benzin almaq üçün Biopago sistemi ilə Patria Wallet elektron prosedurlardan istifadə etmək lazımdır. Biopaqo ölkənin ən böyük bankı tərəfindən hazırlanmış biometrik ödəniş sistemidir. Lakin El Petro kriptovalyutasını dəstəkləyən yeganə cüzdan olan Petro App isə bu sistem ilə uyğun gəlmir. Bununla belə mövcud texniki problemlərə baxmayaraq, hökumətin benzin satışı ilə bağlı açıqlamasından sonra El Petro-nun qiyməti 40% artaraq 13 dollara qalxdı.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar