Vergidən yayınan məşhurlar: Gülşen, Mert Dəmir, Melike Şahin
Türkiyədə Xəzinə və Maliyyə Nazirliyinin Vergi Müfəttişliyi Şurası (VDK) qeyri-formal iqtisadiyyatla mübarizə çərçivəsində aktyorlar, musiqiçilər və agentliklərlə bağlı araşdırmalara başlayıb.
azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yoxlamalar zamanı sənət aləmindən bir çox adın gəlir bəyannaməsi ilə bank hesablarındakı hərəkətlər arasında ciddi uyğunsuzluqlar aşkarlanıb.
Vergi Təftişi Şurasının Risk Təhlili Qiymətləndirilməsi və Araşdırma (RADAR) Sistemi vasitəsilə edilən araşdırmalarda bir çox sənətçinin gəlirlərini az bildirdiyi müəyyən edilib.
Birinci mərhələdə 150 məşhurun vergi bəyannaməsi ilə bank hesablarına pul axını arasında uyğunsuzluq aşkar edilib. Dövlətdən gizlədildiyi düşünülən ümumi məbləğin təxminən 1 milyard 500 milyon lirə olduğu təxmin edilir.
Siyahının pərdə arxasında müzakirə olunan xəbərlərə görə vergidən yayınmaqda adı çəkilən 150 məşhur arasında Serenay Sarıkaya, Halit Ergenç, Bergüzar Korel, Hadisə, Gülşen, Duman, Mert Demir və Melike Şahin kimi sənət dünyasının tanınmış adları da var.
Aysel
Xidmetler [newsid: 0-123300]

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi