"Vətən Müharibəsində bütün dünya Ordumuzun gücünə, hərbçilərimizin şücaətinə şahidlik etdi

"Müstəqilliyimizin qarantlarından biri olan müzəffər Azərbaycan Ordusu xalqımızın qürur və güvən mənbəyidir. Ərazi bütövlüyümüzün qorunması, xalqımızın firavan yaşamasında mərdlik, şücaət rəmzi olan hərbçilərimizin müstəsna xidmətləri var. Bu baxımdan 26 İyun – Silahlı Qüvvələr Günü yalnız hərbçilər üçün deyil, bütün Azərbaycan xalqı üçün ən əziz bayramlardandır."
Bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, zəngin tarixi olan Azərbaycan Ordusunun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Məhz Ümummilli Lider Azərbaycanda birinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ulu Öndərin gərgin əməyi sayəsində ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə qüdrətli ordunun yaradılmasına imkan yaratdı. Heydər Əliyevin 1971-ci ildə böyük çətinliklər hesabına yaradılmasına nail olduğu Cəmşid Naxçıvanski adına hərbi liseyin qurulması ilə milli və güclü Azərbaycan Ordusunun ilkin təməlləri atıldı. Məhz Ulu Öndərin şəxsi nüfuzu sayəsində Azərbaycan gəncləri SSRİ-nin nüfuzlu hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul ola bildilər. Müstəqillik illərində də ordu quruculuğu Ulu Öndərin daima diqqət mərkəzində oldu".
F.Şahbazlı bildirib ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Silahlı Qüvvələri keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu və müasir dünya orduları səviyyəsində formalaşmağa başladı: "44 günlük Vətən Müharibəsində bütün dünya Azərbaycan Ordusunun gücünə və hərbiçilərimizin şücaətinə şahidlik etdi. Azərbaycan Ordusu Vətən müharibəsində düşmən üzərində Qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə bağlı danışarkən dəfələrlə qeyd edib ki, bizim tarixi Zəfərimizin əsas memarları Azərbaycanın qəhrəman əsgər və zabitləridir. Dövlətimizin başçısı çıxışlarında bildirib ki, Qarabağdakı böyük Qələbəmizi şərtləndirən faktorlar sırasında ordumuzun istifadəsində olan müasir tipli silah-sursat, texnikadan daha çox Azərbaycan əsgərinin öz torpağında savaşmasından doğan şücaəti, vətənpərvərliyi ön planda dayanır. Həqiqətən də Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə Azərbaycan Ordusunun, gənclərimizin qəhrəmanlığı, fədakarlığı dünya hərb tarixində nadir rast gəlinən nümunələrdəndir. Bunu həm beynəlxalq ekspertlər, həm də düşmənlərimiz dəfələrlə etiraf ediblər". / azxeber.com

Siyasi       Tarix: 25 iyun 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxəbər sou biznes beynelxalq bank mezenne xeberler bugun