Vətəndaşlar yenidən nağd ödənişlərə qayıda bilər – İqtisadçıdan xəbərdarlıq

Vətəndaşlar yenidən nağd ödənişlərə qayıda bilər – İqtisadçıdan xəbərdarlıqBank kartları ilə kartdan-karta əməliyyatlara tətbiq edilən yeni limit cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Avqustun 1-dən qüvvəyə minən qaydalara əsasən, vətəndaşlar gün ərzində maksimum 5 mədaxil və 5 köçürmə əməliyyatı həyata keçirə biləcəklər. Məhdudiyyətin əsas məqsədinin qeyri-qanuni maliyyə əməliyyatlarının və vergidən yayınma hallarının qarşısını almaq olduğu bildirilsə də, ekspertlər bu qərarın gündəlik ödəniş vərdişlərinə və nağdsız hesablaşmaların inkişafına mümkün təsirləri ilə bağlı fərqli mövqelər səsləndirirlər.
Bəs yeni limit vətəndaşları yenidən nağd ödənişlərə üstünlük verməyə məcbur edəcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, tətbiq olunan məhdudiyyət ilk növbədə qeyri-qanuni pul dövriyyəsinin və vergidən yayınma hallarının qarşısını almağa hesablanıb.
Vətəndaşlar yenidən nağd ödənişlərə qayıda bilər – İqtisadçıdan xəbərdarlıqOnun sözlərinə görə, adi vətəndaş üçün gün ərzində 5 dəfə kartdan-karta pul köçürməsi əksər hallarda kifayət etsə də, qərar bəzi sahələrdə və sosial münasibətlərdə müəyyən çətinliklər yarada bilər.
"Burada əsas məqsəd müxtəlif şübhəli maliyyə əməliyyatlarını nəzarət altına almaqdır. Bir vətəndaş üçün gün ərzində 5 dəfə kartdan-karta pul köçürməsi ciddi məhdudiyyət kimi görünməyə bilər. Lakin biznes subyektlərinin vergidən yayınmasının və qeyri-qanuni pul dövriyyəsinin qarşısını almaq məqsədilə atılan bu addım insanların gündəlik maliyyə davranışlarına da mənfi təsir göstərə bilər", – deyə iqtisadçı bildirib.
R.Abbasbəylinin fikrincə, yeni qayda xüsusilə kənd təsərrüfatı sahəsində çalışan insanlar üçün problemlər yarada bilər.
"Kənd təsərrüfatı ilə məşğul olan şəxslər məhsullarını çox vaxt şəxsi münasibətlər çərçivəsində alıb-satırlar və ödənişlər əsasən kartdan-karta köçürmələr vasitəsilə həyata keçirilir. Məhdudiyyət onların maliyyə münasibətlərinə və gəlirlərinə mənfi təsir göstərə bilər", – deyə o vurğulayıb.
İqtisadçı hesab edir ki, bu qərar nəticəsində vətəndaşlar yenidən nağd ödənişlərə üstünlük verə bilərlər.
"Bu qərar nağdsız əməliyyatların həcminin azalmasına, nağd hesablaşmaların isə artmasına səbəb ola bilər. Nəticədə bu, ölkə iqtisadiyyatına və vergi daxilolmalarına da mənfi təsir göstərə bilər", – deyə R.Abbasbəyli qeyd edib.
Onun sözlərinə görə, limit ailədaxili pul köçürmələrində də müəyyən çətinliklər yarada bilər.
"Təsəvvür edin ki, bir valideynin ali məktəbdə təhsil alan üç övladı var. Gün ərzində müxtəlif vaxtlarda onların hər birinə bir neçə dəfə pul göndərmək zərurəti yarana bilər. Belə hallarda tətbiq olunan limit vətəndaşın öz vəsaitindən sərbəst istifadə imkanlarını məhdudlaşdırır. Bu baxımdan qərarın praktikada müəyyən problemlər yaradacağı istisna edilmir", – deyə iqtisadçı əlavə edib.
R.Abbasbəyli sonda vurğulayıb ki, məqsəd vergidən yayınma hallarının qarşısını almaq olsa da, tətbiq olunan məhdudiyyət nağdsız ödənişlərin inkişaf tempini zəiflədə və iqtisadi aktivliyin bir hissəsinin yenidən nağd dövriyyəyə keçməsinə səbəb ola bilər.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 03 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza rayonun Qərvənd qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini Şirinov Əli Raci oğlunun idarə etdiyi "VAZ-21015"

Hamamda bədbəxt hadisə: 64 yaşlı qadın öldü

Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyan

Bu marşrut avtobusları 'Şamaxinka'da dayanmayacaq - Siyahı

Bəzi marşrutlar üzrə işləyən avtobuslar "Şamaxinka"dakı dayanacaqda saxlamayacaqlar. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Belə ki, Moskva prospekti, "Şamaxinka"

Deputat tıxaca görə iclasa gecikdi - "Üzr istəməlidirlər

"İclasa ilk dəfə gecikdiyim üçün üzr istəyirəm, amma şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir". "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqlar

Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı

"Terminal Consultinq" MMC barəsində inzibati protokol tərtib olunub. Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət 2024-cü ildə "Avatar International Trade Co Limited" şirkətinə ehtiyat hissələrinin alınmas

Kartdan-karta ödənişlərə qarşı təklif - "Bütün mağazalarda kamera olmalıdır

Kartla ödənişlərə tətbiq olunan yeni limitlərə baxmayaraq, bəzi obyektlərdə kartdan-karta ödəniş üsulundan istifadə hələ də davam edir. Belə hallarda bəzi şəxslər bir neçə bank kartından yararlanır, digərləri isə ödənişlər

Formula-1'lə bağlı mühüm dəyişikliklər

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" reqlamentində 2027-ci il mövsümündən etibarən tətbiqi planlaşdırılan bir sıra dəyişiklikləri razılaşdırıb. bu barədə FIA-nın rəsmi saytına istinadən xəbər verir

Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər

Son illərdə Bakıda mənzil almaq istəyən şəxslər üçün əraziseçimi əsas məsələlərdən birinə çevrilib. . Alıcılar mənzil seçərkən yalnız onun hazırkı qiymətini vəyaşayış şəraitini deyil, həm də yerləşdiyi ərazinin gələcək inkişa

Bu tarixdə Bakıda qaranlıq olacaq

2027-ci il avqustun 2-də nadir astronomik hadisə baş verəcək. Həmin gün Günəş tam tutulacaq və bəzi ərazilərdə gündüz bir neçə dəqiqəlik qaranlığa çevriləcək. Ayın Günəşin qarşısından keçməsi nəticəsində yaranacaq tam Günə


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xabar xeber az enson xeberler siyaseti xeberler bugun