Vətəni işıqlandıran şəhidlər - FOTO

Vətəni işıqlandıran şəhidlər - FOTOVətəni işıqlandıran şəhidlər - FOTO
Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən Müharibəsi nəticəsində 28 illik həsrətə son qoyularaq, işğal altındakı torpaqları azad edilib.
Ali Baş Komandanın rəhbərliyi altında aparılan əks-hücum əməliyyatlarında "Azərişıq" ASC-nin əməkdaşları da böyük şücaət göstərib.
Vətən Müharibəsində Səhmdar Cəmiyyətin ümumilikdə 293 əməkdaşı iştirak edib, onlardan beşi şəhidlik zirvəsinə yüksəlib, 17-si isə yaralanıb.
Şəhid energetiklərdən biri "Mərkəzi Aran" Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sahəsinə daxil olan Ağdaş ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi 1990-cı il təvəllüdlü İbrahimov Atiq Ariz oğludur.
Qəhrəman Atiq İbrahimov Ağdərə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Türkiyənin Akdeniz və Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb.
"Şimal" RETSİ-nin İzolyasiya test, Rele Mühafizəsi və Avtomatika (RMA) Xidmətinin RM üzrə mühəndisi 1995-ci il təvəllüdlü Məmmədov Murad Yusif oğlunun da adı şanlı tarix yazan qəhrəmanlarınmız sırasındadır.
O, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib və şəhid olub. Azərbaycan Texniki Universitetinin TEMPUS layihəsi çərçivəsində elektroenergetika mühəndisliyi üzrə ali təhsil alıb.
"Cənub" RETSİ-nin Lənkəran ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi 1993-cü il təvəllüdlü Həbibi Şəhriyar Vidadi oğlu Qubadlı–Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
O, Bakı Dövlət Universitetində (BDU) fizik ixtisasına yiyələnib.
"Şirvan" RETSİ-nin Salyan ETSİ-nin paylayıcı şəbəkə sahəsinin mühəndisi 1993-cü il təvəllüdlü Həsənli Elçin Vaqif oğlu Şuşa şəhəri uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Qəhrəman şəhidimiz Azərbaycan Texniki Universitetinin bakalavr və magistr dərəcələrini fərqlənmə ilə bitirib, şəhid olana qədər aspiranturada qiyabi təhsil alırdı.
"Qərb" RETSİ-nin Ağstafa ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi 1994-cü il təvəllüdlü Hüseynli Əliheydar Səlahəddin oğlu da 44 gün müddətində vətən torpaqlarımızın işğaldan azad edilməsi üçün böyük şücaət göstərib və Xocavənd uğrunda döyüşlərdə şəhid olub. O, Azərbaycan Texniki Universitetində təhsil alıb.
Şəhid olan "Azərişıq" əməkdaşlarından Əliheydər Hüseynli və Elçin Həsənli nişanlı olub.
Əliheydər Hüseynlinin atası 2018-ci ildə, Şəhriyar Həbibinin atası isə 2008-ci ildə vəfat edib.
Vətəni işıqlandıran şəhidlər - FOTOVətəni işıqlandıran şəhidlər - FOTOVətəni işıqlandıran şəhidlər - FOTOVətəni işıqlandıran şəhidlər - FOTOVətəni işıqlandıran şəhidlər - FOTO

Sosial       Tarix: 02 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun cəbhədən son görüntülər bu gunun xeberleri haqqinda melumat ən son xəbər