Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirdi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu Veysəloğlu Şirkətlər Qrupu rəhbər heyətin strateji idarəetmə bacarıqlarının inkişafı, komanda əməkdaşlığının gücləndirilməsi və süni zəka dövrünün yaratdığı yeni çağırışlara hazırlığın artırılması məqsədilə "Süni Zəka Dövründə Liderlik: AI emal edir, lider qərar verir" mövzusunda teambildinq formatında iki günlük liderlik forumu təşkil edib.
azxeber.com xəbər verir ki, Quba Palace Hotel-də keçirilən forumda Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti, şirkət rəhbərləri və top-menecerlər iştirak ediblər. Tədbirdə süni intellektin biznes proseslərinə təsiri, liderliyin transformasiyası, insan kapitalının inkişafı, effektiv qərarvermə və komanda idarəetməsində yeni yanaşmalar müzakirə olunub.
Forumun ilk sessiyasında NielsenIQ Türkiyə şirkətinin Baş direktoru Didem Şekerel Erdoğan və eyni şirkətdə Müştəri Portfelinin İnkişafı direktoru Nur Serenli qlobal iqtisadi və texnoloji dəyişikliklərin biznes mühitinə təsiri barədə çıxış ediblər.
Daha sonra data analitikası və süni zəka layihələri üzrə müstəqil ekspert Kamran Ağayev məlumat əsaslı idarəetmə, rəqəmsal transformasiya və süni intellekt həllərinin biznes proseslərinə inteqrasiyası mövzusunda fikirlərini bölüşüb.
Beynəlxalq konsultant Sinan Ergin "AI və insan kapitalının gələcəyi" mövzusunda çıxış edərək süni intellektin əmək bazarına təsiri və liderlərin dəyişən biznes mühitinə adaptasiyası barədə danışıb.
Millət vəkili Tahir Mirkişili isə süni intellekt dövründə idarəetmə, qərarvermədə insan faktorunun rolu və texnologiya ilə liderlik arasında balansın qorunması məsələlərinə toxunub.
Tədbir teambildinq formatında təşkil olunduğundan iştirakçılar müxtəlif interaktiv sessiyalara, komanda oyunlarına və əməkdaşlığı təşviq edən fəaliyyətlərə cəlb olunublar. Bu fəaliyyətlər rəhbər heyət arasında ünsiyyətin, qarşılıqlı etimadın və komanda ruhunun gücləndirilməsinə xidmət edib.
Forumun yekununda Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Veysəloğlu bu cür təşəbbüslərin korporativ idarəetmə mədəniyyətinin inkişafı, innovativ düşüncənin təşviqi, liderlik potensialının gücləndirilməsi və komanda həmrəyliyinin artırılması baxımından əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu insan kapitalının inkişafını, innovativ idarəetmə yanaşmalarının tətbiqini və gələcəyin liderlərinin hazırlanmasını strateji prioritetlərindən biri hesab edir.
Veysəloğlu Şirkətlər Qrupu Veysəloğlu Şirkətlər Qrupu Veysəloğlu Şirkətlər Qrupu Veysəloğlu Şirkətlər Qrupu Veysəloğlu Şirkətlər Qrupu Veysəloğlu Şirkətlər Qrupu Veysəloğlu Şirkətlər Qrupu

İqtisadiyyat       Tarix: 19 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az cəbhədən son görüntülər en son xeberler bu gun zelzele